Sadəlik və təvazökarlıq insanın yaraşığıdır - İnşa

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 26 654
Səs ver:
(səs: 16)
Əsl insana xas olan gözəl, nəcib sifətlərdən biri sadəlik və təvazökarlıqdır. Sadə və təvazökar adamları hamı sevir və onlara hörmət edir. Belə adamlar heç vaxt özlərini başqalarından üstün tutmur, uğur və müvəffəqiyyətləri ilə, qazandıqları  nailiyyətlərlə, göstərdikləri xidmətlərlə öyünmürlər. Əksinə, müvəffəqiyyətləri artdıqca onlar özlərini daha sadə aparır, qazandıqlarını az bilir və daha çox nailiyyət əldə etməyə çalışılar. Sadə və təvazökar adamlar hamı ilə mehriban və səmimi rəftar edir, daha çox gülərüz olurlar. Onlar heç kimin xətrinə dəymir, ən kobud adamlarla belə dil tapa bilirlər.
 
Lovğalıq, özünü öymək, "mənəm-mənəm” demək və hamıya yuxarıdan aşağı baxmaq meyli insanı fəallıq və təşəbbüskarlıqdan məhrum edir, onun kollektiv qarşısında hörmətdən düşməsinə səbəb olur. Belə adamları heç kim xoşlamır və heç kim onlarla ünsiyyətə girmək istəmir. Bu faktı mən şahidi olduğum bir hadisə ilə bir daha təsdiq edə bilərəm.
 
Bizim məktəbdə M. adlı bir oğlan oxuyur. Əvvəllər o, çox yaxşı uşaq idi. Biliyi və fərasəti ilə hamıdan seçilir, hamı ilə səmimi və mehriban rəftar edir, yoldaşcasına davranırdı. Müəllimlər də, şagirdlər də ona hörmət edirdilər. Sonralar o getdikcə dəyişməyə başladı. Əvvəlcə yavaş-yavaş lovğalıq hissi onda özünü göstərməyə başladı. Yerli-yersiz öyünür, hər yerdə özünü çox bilən kimi göstərməyə, başqalarından üstün olduğunu sübut etməyə çalışırdı. Artıq o, heç kimi bəyənmir, yalnız özünü sevirdi. Çox keçmədi ki, M. dərslərindən də zəifləməyə, aşağı qiymət almağa başladı. Artıq sinifdə heç kim ona hörmətlə yanaşmır, onu əvvəlki kimi saymır. Lovğalıq və xudpəsəndlik savadlı və bacarıqlı bir uşağı tamamilə korlamış və hörmətdən salmışdır.
Bəzən aramızda elə uşaqlar da olur ki, öz atalarının vəzifələri ilə, özlərinin varlı olmaları ilə öyünürlər. Əslində belə uşaqlar çox elə də bacarıqlı və savadlı olmurlar. Belə uşaqları heç vaxt sadə və təvazökar adlandırmaq olmaz.
 
Sadəlik və təvazökarlıq insanın yaraşığıdır. İnsan nə qədər sadə olsa, nə qədər təvazökar olsa, bir o qədər yüksəlir, bir o qədər hörmət sahibi olur. Atalar yaxşı deyib ki: " Ağac bar verdikcə başını aşağı dikər.”
 
Sadəlik və təvazökarlıq gözəl insani sifətlərdir və məndə bu xüsusiyyətləri özümdə tərbiyə etməyə çalışıram.
(səs: 16)
Şərhlər: 4
Baxılıb: 26 654
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri