Heç kəs unudulmur, heç nə yaddan çıxmır - İnşa

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 23 652
Səs ver:
(səs: 12)
Dünyanın ən qədim və mədəni xalqlarından olan Azərbaycan xalqı, özünün tarixi, maddi-mədəni abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə həmişə fəxr etdiyi kimi, onun tarixini yaradan şəxsiyyətlərə, vətənin azadlığı naminə canını fəda edən oğul və qızlarımızla da haqlı olaraq öyünmüşdür. Xalqımızın Vətəni yadelli düşmənlərdən qoruyan, ağıllı tədbirləri ilə xalqına düzgün yol göstərən Varaz oğlu Cavanşirlə, Uzun Həsənlə, Şah İsmayıl Xətai ilə, doğma Vətəni uğrunda da canından keçən, ölümün gözünə dik baxan Babəklə, əfsanəyə çevrilən Koroğlu ilə və daha neçə-neçə igid qəhrəmanları ilə həmişə fəxr etmiş, onları əbədi xatirə kimi qəlbində yaşatmışdır.
 
Qəhrəmanlar heç vaxt unudulmur. Xalqımız ana Vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir.
Ədalət deyənin əzilməz dizi,
Sizdəndir əllərin söhbəti, sözü,
Doğma Azərbaycan unutmaz sizi
Siz torpaq uğrunda ölənlərsiniz...
Son dövlərin Qarabağ savaşı göstərdi ki, Azərbaycan, doğrudan da, qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir.  Xalqımızın igid oğulları, mərd qızları heç vaxt Vətəni darda qoymamış, lazım gələndə doğma od-ocaq, müqəddəs Vətən torpağı uğrunda canlarından da keçmişlər. Mən bu yazımda belə qəhrəmanlardan biri haqqında danışmaq istəyirəm.
 
Müslümov Valeh Əlirza oğlu Lerik şəhərində anadan olmuşdur. Qarabağ savaşı başlayanda Valehin  23 yaşı var idi. Qəlbi arzularla, həyat eşqi ilə çırpınırdı. Lakin qanı vətənpərvərlik hissi ilə coşan həssas qəlbli Valeh Vətənin dar gününə biganə qala bilməzdi. Vətən eşqi onu Qarabağın harayına çatdırdı. Gənc oğlanın fəhlə kimi vaxtilə qurub-yaradan əlləri erməni yaraqlılarına qan uddurmağa başladı. El arasında deyərlər ki, ilanı güllələmək çətin deyil, çünki nişan alanda o, özü güllə qabağına gəlir. Valeh də erməni belə sehrləmişdi, heç biri onun gülləsindən yayına bilmirdi. Vuruşmalarda Vətən həmişə ən çətin sahələrə tələsər, ən məsul mövqelərdə görünərdi.
 
Çətin vuruşmaların birində Valeh özü kimi onlarca gəncin həyatını xilas etdi, lakin bu dəfə öz canını qoruya bilmədi. Ürəyi Vətən hərarəti ilə döyünən gənc gözlərini əbədi yumdu. Valeh öz ölümü ilə şəhidlik zirvəsinə ucaldı, ölməzliyə qovuşdu. Belə qəhrəmanlar heç vaxt unundulmur, qədirbilən xalqımızın qəlbinə əbədi yaşayırlar.
(səs: 12)
Şərhlər: 7
Baxılıb: 23 652
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri