Dilimizdəki bəzi sözlərin izahlı lüğəti

Müəllif: Fialka
Şərhlər: 8
Baxılıb: 3 460
Səs ver:
(səs: 6)
SOYUQ – borca görə qaz xətti kəsilmiş kasıb evi.
QARANLIQ – borca görə işığı kəsilmiş kasıb evi.
AC – neft ölkələrində milyonerlərın rahat həyatına mane olmamaq üçün sakitcə yaşayan statistik müsəlman insan.
UCUZ – yeyilməsi qəti qadağan olunan malların mağaza qiyməti.
BAHA – kasıbların qovulduğu mağazalardakı malların üstündəki yarlıq.
BİHUŞ – teleseryal izləyən valideyin.
SƏHƏR – ayılıb özünü öz vətənində görməyin dözülməz məşəqqəti.
AXŞAM - əsəb, siqaret və araq qoxusunun boş ciblərdə evə daşınması.
YALTAQ – öz vəzifəsində qalmaq istəyən bülbül.
TOY – axmaq kasıbın harınlarla ayaqlaşmaq instinkti.
YAS – meyit ətrafında ət yemək mərasimi.
XƏSTƏ – milyarder olmaq istəyən milyoner.
MİTİNQ – polisin döydüyü əliyalın insanlara qarşı gülləkeçirməz jilet geyməsi.
QADIN – ərindən 3 metr hündürlüyə tullanmağı tələb edən triner.
KİŞİ – çarəsizlikdən kişmişi gülən erkək.
KABAB – vəhşi millətin mədəsinin sevimlin əmioğlusu.
SİQARET – xərçəng ağanın qapısında fəhləlik eləyən yonca və günəbaxan şaxının müştərək tüstüsü.
METRO – gənclərin mobil telefon sərgisi.
AVTOBUS – sükanı buraxıb qəpik sayan sürücünün gəmi kapitanlığı.
QADIN SƏADƏTİ – mənzili və iş yeri olan idbara ərə getmək.
KİŞİ SƏADƏTİ – vətəndən qaçaraq xristian ölkələrinin birində xristian xanımla yaşaya-yaşaya pul qazanıb milli ailəsinə göndərmək.
GÜLMƏLİ ADAM – öz haqqını tələb eləyənlərə gülərək evdə oturan hüquqsuz ailə başçısı.
AĞLAMALI ADAM – öz haqqını tələb eləyənlərə gülərək evdə oturub televizora baxan hüquqsuz ailə başçısı.
RESTORAN OFİSANTI – səliqəli vampir.
QIZ QALASI - ən romantik intiharın start yeri.
AZADLIQ – tikanlı məftillə çəpərlənmiş qəzet, radio və meydan.
 
Müəllif: Murad Köhnəqala
(səs: 6)
Şərhlər: 8
Baxılıb: 3 460
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri