Dostluq qırılmaz zəncirdir - İnşa

Müəllif: Qlamurr
Şərhlər: 10
Baxılıb: 2954
Paylaş:
Səs ver:
(səs: 10)
Dostluğun qırılmaz zəncirlə müqayisə edilməsi təsadüfi deyildir. Həqiqətən də, səmimi, möhkəm dostluq hisslərini heç nə ilə sarsıtmaq mümkün deyildir. İnsanlar arasında hər xoş münasibəti dostluq adlandırmaq olmaz. Həqiqi dostluq illərin sınağından çıxır, bərkdə-boşda, həyatın enişli-yoxuşlu yollarında sınanılır. Əsl dostluq insanlar arasında münasibətlərin uca zirvəsidir. Əgər sən dostluğu yüksək qiymətləndirirsənsə, gərək dostun sandığın şəxsin yolunda hər bir çətinliyə dözməyi bacarasan, sirlərini ondan gizlətməyəsən, heç vaxt yalan danışmayasan. Nahaq deməyiblər ki, dost-dosta tən gərək, tən olmasa, gen gərək.  Dostu olmaq böyük xöşbəxtlikdir.Kimin çox dostu varsa, o, həyatda daha inamlı olur, üzləşdiyi problemləri asanlıqla dəf edir. Adətən, çoxlu dostu olan şəxsi qollu-budaqlı ağaca bənzədirlər. Bu ağac təbiətin şıltaqlıqlarına asanlıqla dözür, onun insanlara daha böyük faydası dəyir.  Mən "Dostluq nədir?” sualı ətrafında tez-tez düşünürəm. Mənim qənaətimə görə dostluq-fədakarlıq deməkdir. Asan günün dostluğu vaxtsız açan çiçəyə bənzəyir – onu şaxta, qar vurub soldurur. Çətinliklərdə bərkiyən dostluq isə uzunömürlü olur. "Uzaq Sahillərdə” filmini yada salaq. Zənnimcə filmin qəhrəmanları Mehdi ilə Veselin arasında yaranan münasibətlər "Dostluq Nədir?” sualının konkret cavabıdır. Onlar müharibənin odlu-alovlu yollarını birlikdə keçmiş, aralarında əsl dostluq münasibətləri yaranmışdır.  Hamı kimi mənim də çoxlu dostlarım var. Onların əksəriyyəti mənimlə eyni sinifdə oxuyurlar. Bizim aramızda qarşılıqlı səmimiyyət və hörmət hökm sürür. Heç vaxt bir-birimizin xətrinə dəymirik. Biz, boş vaxtlarımızda bir yerə yığışır, müxtəlif məsələləri müzakirə edirik. Eyni zamanda bir-birimizə asanlıqla güzəştə getməyi  də bacarırıq. Biz adatən dərslərimizi də bir yerdə hazırlayırıq. Bu bizə dərslərimizdən yüksək qiymət almağa böyük təsir göstərir. Müəllimlərimiz də onların zəhmətini itirmədiyimizə görə bizimlə fəxr edirlər.  Belə bir deyim var. "Hər şeyin təzəsi, dostun köhnəsi”. Mən də məktəb illərində qazandığım dostlarımla fəxr edir və onları qorumağa çalışıram. Mənim ən şirin xatirələrim dostlarımla keçirdiyim anlarla bağlıdır. Mən özlüyümdə qəti şəkildə müəyyənləşdirmişəm: Həyatımda dostlarımı heç vaxt heç nə ilə və heç kimlə əvəz etmək olmayacaq.

loading...
(səs: 10)
Şərhlər: 10
Baxılıb: 2954
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
GünƏşimƏ_AiD_
Menim ucun dostluq ebedidi.men bir insana dost deyremse lap o meni unutsada men onun pis gununde onla birlikde olaram.love dostum yoxdu ancaq bir neferdi heyatda burdaki qizlarla ise inaaAllah olacaq heyatda
4 aprel 2015 04:11
10
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Offline
Qlamurr
Həqiqi dostun qədrini bilmək lazımdır,əgər belə biri varsa...
3 aprel 2015 23:58
9
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
aliceWOnDer
bu insa mene kecen il lazim idi
2 aprel 2015 17:38
8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
leyla_258
secilmislere atdim,belke lazim olar.
2 aprel 2015 17:25
7
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
vipbetul
dostum yoxdu indiki zamanda dost yoxdu,yalandan adi var ozuse serf etdikde ozunu gorseden ishine gelmedikde ise seni xirda pul kimi xirdalayanlardandir
2 aprel 2015 13:44
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
emis
dostluq haqqinda insa mende cox yazmisam ama hecvaxt internetden yazmamisam ureyimnen geleni geleni yazmisam 2-3 vereq olub tesekkurler canim
2 aprel 2015 13:28
5
Offline
BARBI
Men de mektebde bu movzuda insa yazmisdim . Dostluq cox onemlidir. Teesufki dostluq sozunu o qeder ucuzlasdiriblarki , her yaninan otene dost deyirler . Insanin yaxin dostun yalniz bir nefer ola biler
2 aprel 2015 10:08
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
arzum-aysum
kizzz, deyəsən ədəbiyyat dersleri yadina düşüb :-)
2 aprel 2015 09:50
3
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
Fialka
Dostluq hər adama qismət olmur məncə dostu olanlar onların qədrini bilməlidir..
2 aprel 2015 09:09
2
Offline
aziz a
Gozel dostlarim var, onlari cox isteyirem.
2 aprel 2015 07:41
1
Rebbim kömek olsun cümlemize Amin

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv