Gözəllik həqiqətən varmı? - İnşa

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 11 320
Səs ver:
(səs: 4)
Qış şəhəridir.Qar yağaraq yer üzünü ağappaq örtüklə bəzədi.Qar dənəcikləri sanki balaca ağ yumşaq ulduzlar kimi yerə tökülürlər. Küçədə rahatçılıq yarandı, elə bil ki, qar hər şeyi öz yerinə qoydu. Möcüzəçi qış bütün şəhəri yaraşıqlı yaraşıqlı xarıqüladə hala salmışdır.
 Bu gözəl mənzərənin əks istiqamətində şəhərin kənarında boz bir ev dayanmışdır. Həmin evdə bu vaxt cavan bir oğlan yuxudan oyandı və nədənsə onun kefi həmişə yaxşı olmurdu. O çarpayıdan qalxaraq pəncərəyə yaxınlaşdı və buz bağlamış, üzərinə lopa-lopa qar yağan çayı gördü. Gənc oğlan gülümsədi, axı bu gün, o günlərdən biri idi ki, onun əhvali-ruhiyyəsi yaxşı idi. <<Nə gözəldir! >> -deyə o, fikirləşdi.
Tarla! Sonsuz görünən ətirli zümrüdü-yaşıl ot dənizi üzərində, müxtəlif yerlərdə əlvan rəngli güllərlə bəzənmişdir. Orada, ətirli güllərin arasında iki nəfər oturmuşdu. Ata öz qızını tarlaya güllərə tamaşa etməyə aparmışdır. Məsum üzlü qızcığaz , cingiltili uşaq səsi ilə atasına deyir:<<Ata, güllər nə gözəldir! >>. <<Bəli, ömrümün gülü-çiçəyi! Sənin kimi gözəldir!>> - deyə ata mehribanlıqla cavab verir.
Bəs nədir axı gözəllik? Onun haqqında çoxlu yazılmış , onu bütün zamanlarda vəsf etmişlər. Bəlkə o,  qəşəng zahiri görkəmdir, bəlkə saf qəlbdir, bəlkə təbiət , bəlkə məhəbbədir?
Bəli bunlar hamısı gözəllikdir, lakin mənim fikrimə görə, gözəllik ilk növbədə ahəng deməkdir. Hər bir şeydə olan ahəng və uyğunluq: xarici görünüşdə, qəlblərdə, təbiətdə, məhəbbətdə. Gözəllik hər bir yerdə mövcüddur, lakin hər adam onu sezə bilmir, ona diqqət yetirmir. Gəlin özümüzə və ətrafımıza diqqətlə baxaq, onda bizim birrəngli həyatımızda müxtəlif çalarla və gözəlliklər görəcəyik. Axı <<dünyanı gözəllik xilas edəcək!
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 11 320
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri