Hansı sənət yaxşıdır? - İnşa

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 129 337
Səs ver:
(səs: 90)
Orta məktəbin yuxarı siniflərində oxuyanda adamı belə bir sual düşündürür. Hansı peşənin ardınca getməli? Bu çox məsuliyyətli bir seçimdir. İnsan həyatda elə sənət, elə peşə seçməlidir ki, həm özünün bu peşəyə sevgisi, məhəbbəti olsun, həm də bu sənət və peşə ilə xalqına, cəmiyyətə xeyir verə bilsin. Doğrudur, sənətlər, peşələr arasında seçki qoymaq, "bu yaxşıdır”, "bu pisdir” –deyib onları ayırmaq olmaz. Cəmiyyətə faydalı əməklə bağlı bütün sənət və peşələr şərəflidir. Sənətin pisi olmaz, sənətkarın pisi ola bilər. Lakin hər kəs bacardığı işdən yapışmalı, gücü çata biləcək sənətin, peşənin ardınca getməlidir. Yoxsa bir də görürsən ki, dərslərini yaxşı oxumayan bir uşaq gələcəkdə hüquqşünas və ya şərqşünas olmaq istəyir. Doğrudur, bu, heç də pis arzu deyil. Amma bu arzuya düşən adam gərək gecəsini gündüzünə qatsın, əlndən kitab düşməsin. Yoxsa təkcə arzu etməklə iş düzəlmir. Arzuya çatmaq üçün əziyyət çəkmək, hər cür zəhmətə qatlaşmaq, ən əsası isə yaxşı lazımdır.

Mən də özümə peşə seçmişəm. Ola bilər ki, bu peşəni seçməyim bəzilərinə bir qədər qəribə görünsün. Amma dənizçilik peşəsi mənim daha çox xoşuma gəlir. Dənizçilər hər yerdə olur, hər yeri gəzir, çox ölkələrlə, çox adamlarla tanış olurlar. Əlbəttə, belə həyat çox maraqlıdır. Lakin məni bu peşəyə cəlb edən onun yalnız maraqlı deyil, dənizçilərin cəsur və qorxmaz insan olmalarıdır.

Mən dənizçilərin həyatından bəhs edən çoxlu kitab oxumuş, xeyli kinofilmə tamaşa etmişəm. Artıq bilirəm ki, dənizçilər çox igid, cəsur və qorxmaz olurlar. Onlar dəhşətli tufanlara, fırtınalara qalib gəlməyi bacarır, heç bir çətinlikdən qorxmurlar. Müharibə həyatından bəhs edən bəzi kinofilmlərdə dənizçilərin göstərdiyi şücaətlər adamı lap heyran qoyur.

Dənizçilərin gözəl və vüqarlı geyimləri, çox sağlam və gümrah bədənləri olur. Küçədə dənizçi geyimində adamları onlara həsədlə baxır, onları dünyanın bəxtəvəri hesab edirəm. Mən böyüyəndə mütləq dənizçi olacağam, lentli papaq geyinəcəyəm. Mavi okeanlardan keçib müxtəlif ölkələrlə tanış olacaq, Xəzərimin doğma sularında üzəcəyəm. Son olaraq ürəyimdən keçən arzumu şerlə ifadə etmək istəyirəm:

Dənizçi olmağı istəyirəm mən,
Bu arzu uşaqkən girib qəlbimə.
İstəyirəm dənizləri fəth edib,
Xeyir verim torpağım, elimə.
(səs: 90)
Şərhlər: 7
Baxılıb: 129 337
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri