Rus dili (Orfoepiya)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 009
Səs ver:
(səs: 0)
«Orfoepiya» termini linqvistikada 2 mənada işlədilir:
1)  məna ifadə edən vahidin səsli tərtibatı ilə bağlı ədəbi dil normalarının məcmusu: müxtəlif mövqelərdə səsin tələffüzü qaydaları, vurğu və intonasiya qaydaları;
2) ədəbi dildə tələffüz qaydalarının müxtəlif şəkildə dəyişilməsini öyrənən və tələffüz tövsiyyələrini təkmilləşdirən elm;
Bu iki tərif arasında fərq bundadır ki, ikinci anlamda orfoepiya sahəsindən məhz fonetik qanunların təsiri ilə bağlı tələffüz normaları istisna edilir: saitlərin vurğusuz hecalarda tələffüz dəyişikliyi (reduksiya), samitlərin mövqeli zəifləməsi/güclənməsi və sairə. Belə anlamda orfoepiya sahəsinə yalnız o tələffüz normaları aiddir ki, hansı ki ədəbi dillə dəyişikliklərə yol verir, məsələn fışıltılı samitlərdən sonra həm [а], həm də [ы] tələffüzünə imkan verir ([жара́], [жысм'и́н]).
Təlim kompleksləri orfoepiyanı tələffüz haqqında elm kimi müəyyən edirlər, yəni birinci anlamda olduğu kimi. Beləliklə, bu komplekslərə görə, orfoepiya sahəsinə rus dilinin bütün tələffüz qaydaları aiddir: saitlərin vurğusuz hecalarda işlənməsi, samitlərin müəyyən mövqelərdə zəifləmə/güclənməsi, samitin digər samit qarşısında yumşaqlığı və sairə. Bu tələffüz qaydalarını artıq dərslərimizdə göstərmişik.
Eyni mövqedə tələffüzün dəyişilməsinə yol verən qaydalardan bunları xüsusilə qeyd etmək lazımdır:
1) gəlmə sözlərdə e saitin əvvəlində sərt və yumşaq samitlərin tələffüzü,
2) чт və чн birləşmələrinin bəzi sözlərdə [шт] və [шн] kimi tələffüzü,
3) жж, жд, зж birləşmələrinin yerində [ж] və [ж'] səslərinin tələffüzü,
4) bəzi qruplarda samitlərin mövqeli zəifləməsinin dəyişkənliyi,
5) bəzi söz və söz formalarında vurğunun dəyişkənliyi.
Məhz belə sözlər və söz formalarının tələffüzü ilə bağlı tələffüz qaydaları orfoepik lüğətlərdə təsvir obyektidir.
Bu tələffüz qaydalarına qısa şərh verək.
Gəlmə sözlərdə e saitin əvvəlində sərt və yumşaq samitlərin tələffüz qaydası bu tip sözlərin hərəsi üçün ayrı-ayrılıqda tənzim olunur. Belə ki, tələffüz olunmalıdı:
Крем - к[р']ем,
Термин - [т']ермин,
Музей - му[з']ей,
Шинель - ши[н']ель,
Фонетика - фо[нэ]тика,
Теннис - [тэ]ннис,
Свитер - сви[тэ]р
Bir sıra sözlərdə dəyişik tələffüz mümkündür, məsələn прогресс - прог[р]есс və  прог[р']есс.
Bəzi sözlərdə чт və чн birləşmələrinin [шт] və [шн] kimi tələffüzü də siyahı şəklində verilir. Belə ki, [шт] ilə что, чтобы sözləri tələffüz olunur, [шн] ilə - конечно, скучный, bir necə sözlərdə isə dəyişik tələffüzə yol verilir, məsələn двое[ч'н']ик və двое[шн']ик, було[ч'н]ая və було[шн]ая.
Qeyd etdiyimiz kimi, bəzi insanların nitqində, əsasən də yaşlı nəslin danışığında  bəzi sözlərdə жж, зж, жд hərf birləşmələrinin yerinə uzun yumşaq samit səs [ж'] iştirak edir: [дро́ж'и], [во́ж'и], [й'э́ж'у], [даж'и́].
Kiçik nəslin nitqində жж və зж birləşmələrinin əvəzinə [ж] = [жж] ([дро́жы], [й'э́жу]), дожди sözündə жд birləşməsi əvəzinə [жд'] səsi tələffüz olunur (beləliklə, дождь sözünü zəiflətdikdə [дощ'] və [дошт'] tələffüz növlərini istifadə edə bilərik).
Mövqeli yumşalmanın dəyişikliyi haqda ayrı qruplarda mövqeli yumşalma hallarının təsviri zamanı artıq danışılmışdr.
Mövqeli yumşalmanın vacibliyi müxtəlif söz qruplarında eyni deyil. Müasir rus dili danışanların nitqində, dediyimiz kimi, yalnız ardıcıl olaraq [ч'] və [щ'] qabağında [н]-ın [н'] ilə əvəzləməsi baş verir.
барабанчик [бараба́н'ч'ик],
барабанщик [бараб́ан'щ'ик].
Digər samit qruplarında ya ümumiyyətlə yumşalma baş vermir, ya da ki yalnız rus dili danışanların bəzilərinin nitqində təsvir olunub və başqa nitqdə tamamən yoxdur.
лавки [ла́фк'и]
Bu halda ayrı samitlər qrupunda mövqeli yumşalmanın göstərilməsi müxtəlifdir. Belə ki, bir çox rus dili danışanların nitqində [н'] və [т'] qabağında [с], [н'] və [д'] qabağında [з] mövqeli yumşalma baş verir:
кость [кос'т'],
песня [п'́эс'н'а],
жизнь [жыз'н'],
гвозди [гв́оз'д'и],
 [зв'], [дв'], [св'], [зл'], [сл'], [сй'] və bir çox digər birləşmələrdə ilk samitin yumşalması isə istisna hallardır.
дверь [дв'эр'] və [д'в'эр'],
съем [сй'эм] və [с'й'эм],
если [й'́эсл'и] və [й'́эс'л'и]).
Madam ki, rus vurğusu yerdəyişən və hərəkətlidir, onun qoyulması bütün sözlər üçün bir tək qayda ilə tənzim oluna bilməz. Vurğunun sözlərdə və formalarda qoyuluşu həmçinin orfoepiya qaydaları ilə tənzim edilir. Beləki, məsələn, звонить sözündə vurğu indiki zaman forması şəkilçisindədir: звони́шь, звони́т. Bir necə sözlər bütün qrammatik formalarında dəyişkən vurğuya malikdir, məsələn творо́г və тво́рог. Digər sözlər isə yalnız bəzi qrammatik formalarda dəyişkən vurğulara malikdir, məsələn: ткала́ və тка́ла, косу́ və ко́су.
Tələffüzdə dəyişikliklər orfoepik qaydaların əvəzlənməsi ilə törədilmiş ola bilər. Belə ki, linqvistikada "böyük” və "kiçik” orfoepik nörmalar qəbul olunub: yeni tələffüz tədricən  köhnəni sıxışdırıb çıxarir, lakin hansısa mərhələdə onlar yan-yanadırlar, əsasən müxtəlif insanların nitqində. Məhz "böyük” və "kiçik” normaların eyni zamanda işləməsi samitlərin mövqeli yumşalmasının dəyişkənliyi ilə bağlıdır.
Vurğusuz saitlərin fərqli tələffüzü də məhz bununla bağlıdır.
Vurğusuz vəziyyətdə tələffüzdə yumşaq samitlərdən sonra bütün vurğusuz saitlər [и] səsində üst-üstə düşür, istisna [у] səsi:
миры [м'иры́],
село [с'ило́],
пятёрка [п'ит'о́рка].
Vurğusuz hecada sərt fışıltılı [ж], [ш] –dan sonra və [ц] –dan sonra yazıda е hərfi ilə işarə olunan vurğusuz sait [ы] ilə tələffüz olunur.
Желать - ж[ы]лать,
Шептать - ш[ы]птать,
Цена - ц[ы]на
 [и], [ы], [у] səsləri tək vurğuda deyil, vurğusuz hecalarda da aydın tələffüz edilir:
Миры - м[и]ры́.
еvəяhərfləri əvəzinə vurğusuz hecalarda yumşaq samitlərdən sonra [иэ] olaraq tələffüz edilir, yəni ki [и] ilə [э] arasında səs
пятерка - п[иэ]тёрка
село - с[иэ]ло
Sərt fışıltılı [ж], [ш] və [ц] sonra е yerinə [ыэ] tələffüz olunur
Желать - ж[ыэ]лать
Шептать - ш[ыэ]птать
Цена - ц[ыэ]на
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 009
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri