Qəhrəmanlar ölmürlər - İnşa

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 107 940
Səs ver:
(səs: 75)
İnsan üçün həyatda ən gözəl və ən doğma şəxs onu dünyaya gətirən anadır. Ana müqəddəsdir və məhz müqəddəsliyinə görə Vətəni də anamız kimi sevir, ona "Ana Vətən!” deyirik. Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar.

Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Neçə-neçə ərənlər yetişdirib bu müqəddəs torpaq, ulu diyar! Bu torpaq Babəklərin, Cavanşirlərin, Koroğluların vətənidir. Belə qəhrəmanlar həmişə yaşamışdır və daim yaşayacaqdır. Son dövrlərin narahat dünyası, zorla cəlb etdiyimiz Qarabağ savaşı bir daha göstərdi ki, Azərbaycan igidlər diyarı, qəhrəmanlar ölkəsidir. Bu torpaq halal torpaqdır. Kimlərinsə əlindən alınmayıb, kimlərdənsə zəbt olunmayıb. Halal bir torpağın övladları qəhrəman olmaya bilməz. Bu torpağın övladını torpaq özü götürməz.

Mən bu yazımda Azərbaycan qəhrəmanlarından biri haqqında – Quliyev Mətləb Kamran oğlu barədə söhbət açmaq istəyirəm.

Beyləqanda müəllim ailəsində anadan olmuş Mətləbi tale sanki vətən keşikçisi kimi həm çətin, həm də çətin olduğu qədər şərəfli bir xidmətə hazırlamışdı. Orta məktəbi bitirdikdən sonra təhsilini C. Naxçıvanski adına hərbi internet məktəbində  davam etdirib onu əla qiymətlərlə başa vuran Mətləb bütün varlığı ilə hərbi sahəyə can atırdı. Təzəlikcə leytenant rütbəsi də almışdı. Onu qamətinə çox yaraşan hərbçi geyimində qapıdan girən görəndə evdəkilərin sevinci, qüruru sinələrinə sığmırdı.  

Xain ermənilər Qarabağ savaşına əl atanda heç kim Mətləbin qarşısına ala bilmədi. Mətləbin bu sözləri hamını susdurdu: ” Torpaq o zaman vətən olur ki, onu qoruyasan, uğrunda qan tökəsən… kişi kimi…”

Milli Ordu hissələrində baş leytenant Mətləb Quliyevin başçılıq etdiyi vzvod Ağdam cəbhəsində ön cərgələrdə vuruşurdu. Sayca üstün olan, həm də  ətrafdakı hakim yüksəkliklərə mövqe tutmuş ermənilər dəfələrlə hücuma keçsələr də, sərrast pulemyot atəşi ilə geri oturdular. Mətləb Döyüşü məharətlə idarə edir, ən çətin dəqiqələrdə özünü bu və ya digər mövqelərə çatdırırdı. Taqımın mövqeyi önündə yüzlərlə düşmən meyiti yerə sərilmişdi.  

Vuruşmanın ən qızğın çağında taqımın pulemyotçusu həlak oldu. Atəşin zəiflədiyini erməni quldurları qələbə çalacaqlarını yəqin edib yenidən irəli cumdular. Səngərlərə yaxınlaşmışdılar ki, bayaqdan susan pulemyot yenidən dilləndi. Erməni sıraları bir anda pərən-pərən düşdü, ölənləri yerdəcə buraxıb qaçmağa üz qoydular.

Mətləb pulemyotun hər darağını boşaltdıqca, güllələr hədəfi yaxaladıqca elə bil  Koroğlu nərəsi çəkir, qolu ilə gözlərini göynədən tərini silib yenidən tətiyi basırdı. O, bu döyüşdə şəxsən 30-dan artıq düşməni məhv etdi. Çətin döyüş bizim hissələrin qələbəsi ilə başa çatdı. Lakin bu qələbə üçün  Mətləb öz canını qurban verdi, ölümü ilə ölümsüzlüyə qovuşdu. Belə qəhrəmanlar heç vaxt ölmürlər. Onlar qədirbilən xalqımızın qəlbində əbədi yaşayır, gələcək nəslə örnək kimi həmişə xatırlanır.
 
(səs: 75)
Şərhlər: 3
Baxılıb: 107 940
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri