Mənim arzum - İnşa

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 100 102
Səs ver:
(səs: 80)
İnsan həyatı boyu arzularla yaşayır. Arzudan arzu doğur. Bir arzu həyata keçdimi, ikinci bir arzu yaranır, sonra yenisi, sonra daha yenisi və həyat da bu arzularla davam edir.

Mənim də qəlbimdə arzularım çoxdur. Ən böyük arzum isə həkim olmaq, insanların can sağlığının keşiyində durmaqdır. Həkimlik çox gözəl sənətdir. Həkimlər, demək olar ki, bütün şüurlu həyatlarını insanların sağlamlığının qorunmasına sərf edirlər. Bundan yaxşı, bundan nəcib nə iş ola bilər?

Doğrudur, sənətlər, peşələr  arasında fərq qoymaq, "bu yaxşıdır”, "bu pisdir” – deyə onları bir-birinə qarşı qoymaq düzgün olmaz. Çünki, atalar demişkən: "Sənətin pisi olmaz, sənətkarın pisi olar”. Hər kəsə öz sevdiyi sənət yaxşıdır. Lakin mən lap uşaqlıqdan həkimlik sənətini sevirəm. Deyirlər ki, hələ lap bağça yaşımda olanda ata-anamdan ad günümə həkimlər geyinən ağ xalatdan almağı xahiş etmiş və gələcəkdə həkim olacağımı söyləmişəm.

Mənim həkimlik sənətinə vurğunluğum heç də səbəbsiz deyil. Bir neçə ilk bundan əvvəl anam bərk xəstələnmişdi. Vəziyyəti çox ağır idi. Evimizə hər gün axın-axın adam gəlirdi. Ağ xalatlı nurani bir qadın da hər gün anam baş çəkir, onun boğazını, bədənini yoxlayırdı. Bu, həkim idi. Anamın həkimi. Hər dəfə onu görəndə istəyirdim yaxınlaşım, ona yalvarım, xahiş edim ki, anamı mənə qaytarsın, onu tez sağaltsın. Axı anamsız mən yaşaya bilməzdim. Həkim də çox gözəl insan idi. Məni sözsüz başa düşürdü. Hər dəfə onu yola salanda başımı sığallayır, deyirdi ki, narahat olam, ana tezliklə ayağa qalxacaq.

Doğrudan da, az vaxtdan sonra anam sağalıb ayağa durdu. Həmin gündən mənim həkimlərə rəğbətim daha da artdı və həkim olmaq arzum gücləndi.

Bu gün mən hələ adi şagirdəm. Mən də öz arzuma çatmaq üçün dərslərimi yaxşı oxuyur, müəllimlərimin verdiyi bütün tapşırıqları yerinə yetirəyə çalışıram. Mən bilirəmki, xəstələrin sevimlisi olmaq, onlara şəfa vermək üçün yaxşı oxumaq, tibb elminə yiyələnmək lazımdır. Müstəqil Azərbaycanımda hamının təhsil hüququ vardır və ali təhsil almaq üçün çalışmaq, oxumaq, biliklərə yiyələnmək lazımdır. Mən heç bir çətinlikdən qorxmuram və arzuma çatmaq üçün bütün əziyyətlərə can-başla qəbul etməyə hazıram.

Arzuyla doludur qəlbim hər zaman,
Qoy onsuz keçməsin ömrüm bircə an.
Deyin, ondan şirin həyatda nə var?
Gəncliyi yaşadan, qanadlandıran
Arzulardır…Arzulardır..Arzulardır!
(səs: 80)
Şərhlər: 4
Baxılıb: 100 102
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri