Azərbaycan dili - Fonetika

Müəllif: Catwoman666
Şərhlər: 7
Baxılıb: 9 743
Səs ver:
(səs: 2)
Azərbaycan dilində 9 sait və 23 samit fonem (26 samit səs) var. Saitlər qalın və incə, dodaqlanan və dodaqlanmayan, qapalı və açıq, dilönü, dilarxası və dilortası deyə qruplara bölünür. Kəmiyyətə görə isə adi, uzun və qısa deyə üç qrupa ayrılır:

1) qalın saitlər: - a, u, o, ı
2) incə saitlər - ə, e, ö, ü, i
3) dodaqlanan saitlər – o, u, ö, ü
4) dodaqlanmayan saitlər – a, e, ə, i, ı
5) dilönü saitlər - ə, i, e, ü
6) dilortası sait – e
7) dilarxası saitlər- a, i, o, u
8) qapalı saitlər – u, ü, ı, i, e
9) açıq saitlər – o, ö, a, ə
 
Azərbaycan dilində oğuz qrupuna daxil olan türk və qaqauz dillərində, əksər türk dillərində olmayan ə saiti geniş yayılmışdır.
Azərbaycan dilində ı saiti söz əvvəlində müşahidə olunmur.
Azərbaycan dilində samitlər də iki yerə bölünür: kar və cingiltili samitlər. Cingiltili və kar samitlərin çoxu cütlük təşkil edir:
 
Cingiltili samitlər: [b]  [c]  [d]  [g] [ğ]   –   [j]  [q]   [l] [m] [n] [r] [v] [y]  [z]
Kar samitlər:        [p]  [ç]  [t]  [k]  [x]  [h] [ş]  [k`]  -     -    -    -  [f] [x`] [s]
 
Azərbaycan dilində heç bir türk dilində olmayan kipləşən dilortası, kar (k) və cingiltili (g) samitləri vardır. Eyni zamanda söz önündə h samitinin mühafizəsi də spesifik əlamət kimi qeyd olunmalıdır.
Y samiti söz əvvəlində dialekt və şivələrdə geniş yayılsa da, ədəbi dildə düşə də bilir: üzük-yüzük, ürək-yürək, üz-yüz və s.
Azərbaycan dilində ğ samiti söz əvvəlində işlənmir. Bundan başqa, Azərbaycan dili samitlərinin söz ortasında qoşalaşması (geminat) hadisəsi də (saqqal, addım, səkkiz və s.) spesifik xüsusiyyət kimi qeyd edilməlidir.
Bütün türk dilləri üçün səciyyəvi olan ahəng qanunu Azərbaycan dilində də mühafizə olunur. Bu qanun daha çox damaq ahəngində qorunur. Başqa sözlə, incə və qalın saitlər bir qayda olaraq bir-birini izləyir.
Digər türk dillərində olduğu kimi, vurğu Azərbaycan dilində də dinamik səciyyə daşıyır. Bununla belə, bu dillərdə, eləcə də Azərbaycan dilində vurğu, əsasən sözün son hecası üzərinə düşür. Azərbaycan dilində bir qrup şəkilçi (inkar, sual, şərt, feli bağlama şəkilçiləri və s.) vurğu qəbul etmir.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 9 743
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri