Ana dilimiz - inşa

Müəllif: Fialka
Şərhlər: 2
Baxılıb: 11 394
Səs ver:
(səs: 5)
İnsanı canlılar arasında aliləşdirən ən əsas faktor nitqdir. Qədim zamanlarda insanlar müxtəlif səslər çıxararaq biri-birilərini başa düşürdülər. Sonralar nitq qabiliyyəti formalaşdı və insanlar qışqıraraq yox, danışaraq anlaşmağa başladılar. Beləliklə yer üzərində müxtəlif dillər yarandı.

Dünyada nə qədər xalq varsa, o qədər də dil var. Elə dillər var ki, bu dillərdə danışan xalq yoxdur, lakin dildən hələ də bəzi sahələrdə istifadə olunur. Belə dillərdən biri latın dilidir. Ona "ölü dil”deyilir. Bu dildən təbabət sahəsində istifadə olunur. Tibb terminlərinin hamısı latın dilindədir.

Elə dil də var ki, dünyanın bir çox xalqları bu dildə danışır. ABŞ-da və Böyük Britaniyada dövlət dili olan ingilis dili hal-hazırda yer kürəsində ən çox öyrənilən dildir.

Deyirlər neçə dil bilirsənsə, o qədər sayda insansan. Dillərin hamısı gözəl və zəngindir. Hər dilin öz keçmişi, öz tarixçəsi var.

İnsan artıq bir xarici dil öyrənibsə, digər dilləri mənimsəmək daha da asanlaşır. Lakin nə qədər də çox dil bilsən də birinci növbədə öz ana dilini kamil bilməlisən. Ana dili də xalqın sərvəti kimi həmişə qorunmalıdır. Bizim ana dilimiz-azərbaycan dili də çox zəngin və axıcı bir dildir. Azərbaycan dili şer və poeziya dilidir.

Bir çoxlarımız öz dilimizə biganə yanaşırıq, elə bilirik ki, ana dilimizi kamil bilmək o qədər də vacib deyil. Mən belə fikirləşirəm ki, doğma dilini bilməyən bir insana heç kim hörmət etməməlidir. Bizim ana dilimiz ancaq məişətdə danışılmamalıdır. Biz öz dilimizi sevməliyik və onu hərtərəfli inkişaf etdirməliyik. Bir dilin ölməməsi üçün o dil öz xalqı tərəfindən həmişə sevilməlidir. Əgər biz öz dilimizi sevsək, onu dünyanın başqa ölkələrinə də sevdirərik.
(səs: 5)
Şərhlər: 2
Baxılıb: 11 394
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri