İngilis dili dərsləri (1. dərs)

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 12 736
Səs ver:
(səs: 4)

To be feli Azərbaycan dilində hərfi tərcümə zamanı olmaq mənası verir. Lakin şəxslərə uyğun olaraq to be feli öz formasını dəyişir. Ümumən to be felinin 3 forması mövcuddur -- am/is/are.

 

Nəqli cümlə - Positive
Tək - Singular
Cəm - Plural
I
am
We
are
You
are
You
are
He/She/It
is
They
are

 

İnkar cümlə - Negative
Tək - Singular
Cəm - Plural
I
am not
We
are not
You
are not
You
are not
He/She/It
is not
They
are not

am/am not a student.  (Mən tələbəyəm / tələbə deyiləm.) 
You are/are not a pupil.  (Sən şagirdsən / şagird deyilsən.)
He/She is/is not smart.  (O ağıllıdır / ağıllı deyil.)
It is/is not a flower.  (Bu/o, çiçəkdir / çiçək deyil.)
We are/are not friends.  (Biz dostuq / dost deyilik.)
You are/are not hungry.  (Siz acsınız / ac deyilsiniz.)
They are/are not beautiful.  (Onlar gözəldirlər / gözəl deyildirlər.)

 

Bir çox hallarda am/is/are qısaldılmış formada istifadə olunur.

 

Təsdiq - Positive
İnkar - Negative
am
'm
am
'm not
is
's
is
's not / isn't
are
're
are
're not / aren't

Qeyd: Cümlədə ‘s not və ya isn’t; ‘re not və ya aren’t qısaltmalarından hər hansı birinin seçilməsi tam sərbəstdir və onların işlənməsindı heç bir qayda yoxdu. Bundan başqa bu və ya digər qısaltmadan istifadə etməkdə də heç bir məcburiyyət və məhdudiyyət yoxdur.

 

am a student.  --  I’m student.
You are a pupil.  --  You’re a pupil.
He/She is smart.  --  He’s/She’s smart.
It is a flower.  --  It’s a flower.
We are friends.  --  We’re friends.
You are hungry.  --  You’re hungry.
They are beautiful.  --  They’re beautiful.

 

am not a student.  --  I’m not student. 
You are not a pupil.  --  You’re not / aren’t a pupil.
He/She is not smart.  --  He’s not/She’s not /He isn’t/She isn’t smart.
It is not a flower.  --  It’s not / isn’t a flower.
We are not friends.  --  We’re not/ aren’t friends.
You are not hungry.  --  You’re not / aren’t hungry.
They are not beautiful.  --  They’re not / aren’t beautiful.

 

TO HAVE

İngilis dilindəki to have feli Azərbaycan dilinə tərcümə olunanda bir sıra mənalar verə bilər. Hərfi tərcümədə to have - malik olmaq deməkdir, amma işləndiyi ifadələrdən asılı olaraq başqa buna oxşar mənalara da malik ola bilir. Aşağıdakı misallarda to have felinin müxtəlif mənalarını öyrənək:

 

To have lunch / dinner. -- Lanç / Nahar etmək.
To have breakfast / supper. -- Səhər yeməyi / Şam yeməyi yemək.
To have a meal. -- Yemək yemək.
To have something to eat. -- Nəsə yemək. 
To have a drink. -- İçki içmək.

have a party / a meeting / a competition / a game tomorrow. -- Mənim sabah qonaqlığım / görüşəm / yarışmam / oyunum var.
have a lesson / an exam / homework / an appointment today. -- Mənim bu gün dərsim / imtahanım / ev tapşırığım / görüşüm (əsasən həkimlə) var.
have a shower / a bath. -- Mən duş / vanna qəbul edirəm.

 

To have feli ilə bağlı bir sıra spesifik ifadələr də mövcuddur:

 

Is that your camera? Can I have a look? -- Bu sənin kamerandır? Ona baxa bilərəm?
Is that your bicycle? Can I have a go? -- Bu sənin velosipedindir? Onu sürə bilərəm?
Goodbye! Have a good journey! -- Sağol! Yaxşı səyahətlər!
Do you have a moment? -- Sənin vaxtın var?
Can I have a word with you? -- Səninlə danışa bilərəm?
We always have a good time in our English lessons. -- Biz həmişə İngilis dili dərslərindən zövq alırıq.
I'm going to have my hair cut. -- Saçımı kəsdirməyə hazırlaşıram.

 

Gündəlik qeyri-rəsmi danışıqda have got ifadəsindən də istifadə oluna bilər. O have ifadəsi ilə eyni mənanı daşıyır.

 

I've got three sisters. -- Mənim üç bacım var.
Have you got a dog? -- Sənin itin var?
haven't got a problem. -- Mənim problemim yoxdur.

 

Have felindən sonar  hissəciyi gəldikdə isə artıq bu söz birləşməsi must modal feli ilə eyni mənanı daşıyır.

 

All students have to do exams. -- Bütün tələbələr imtahan verməlidirlər.
I haven't got a car, so I've to walk to University every day. -- Mənim maşınım yoxdur, buna görə hər gün Universitetə piyada getmək məcburiyyətində oluram.

(səs: 4)
Şərhlər: 3
Baxılıb: 12 736
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri