İngilis dili dərsləri (6. dərs)

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 2 228
Səs ver:
(səs: 0)

İndiki zamanın sual və inkar forması

İndiki zamanın inkar formasın düzəltmək üçün don't / doesn't köməkçi fellərindən istifadə olunur. -s/-es şəkilçisi əlavə olunmuş fellərin inkar forması doesn't ilə, digər fellərdə isə don't ilə düzəlir.

 

I drink coffee but I don't drink tea.
Sue drinks tea but she doesn't drink coffee.
You don't work very hard.
We don't watch television very often.
The weather is usually nice. It doesn't rain very often.
Gerry and Linda don't know many people.


Qeyd: don't / doesn't köməkçi fellərindən sonra gələn fel başlanğıc formada olur.

  

İndiki zamanın sual formasın düzəltmək üçün do/does köməkçi felləri cümlənin əvvəlində gəlir, daha sonra cümlənin mübtədası gəlir, sonra başlanğıc formada olan fel və daha sonra cümlənin digr üzvləri işlənir. -s/-es şəkilçisi əlavə olunmuş fellərin sual forması does ilə, digər fellərdə isə do ilə düzəlir.

Do you play the piano?
Does it rain a lot where you live?


Always/usually/often kimi sözlərdən istifadə olunan sual cümlələrində bu sözlər feldən əvvəl gəlir.


Do you always have breakfast?
Does Chris often play tennis?
What do you usually do at weekends?


Qeyd: What do you do? sual cümləsi Sənin peşə nədir? mənasını verir.

 

 

To take feli

To take felinin mənası götürmək olsa da ingilis dilində o müxtəlif ifadələrdə fərqli məmalar verə bilir.

It take şəxs vaxt birləşməsi "vaxt aparır" mənasını verir. Misallarda daha dəqiq baxaq:

 

 

It takes Alan 20 minutes to get to work. -- Alanın işə getməsi 20 dəqiqə vaxt aparır. 
It takes Miriam 45 minutes to get to work. -- Miriamın işə çatması 45 dəqiqə vaxt aparır. 
I go to university every day. It takes me 30 minutes. -- Mən hər gün universitetə gedirən. Bu mənim 30 dəqiqə vaxtımı aparır. 
I do homework every day. It took me two hours yesterday. -- Mən hər gün ev işlərimi edirəm. Dünən bu mənim 2 saat vaxtımı apardı. 
How long does it take to get to the station? 15 minutes in a taxi.-- Stansiyaya getmək nə qədər vaxt aparır? Taksi ilə 15 dəqiqə.


To take with courses/exam, etc. :

Are you taking an English course? Yes.-- İngilis dili kursuna gedirsən? Bəli.
Do you have to take an exam? Yes, at the end of the course. -- İmtahan verməlisən? Bəli, kursun axırında. 
I want to take some Japanese lessons. -- Mən Yapon dili dərsi keçmək istəyirəm.


Take with bus, car, etc.:

How do you get to work? I take the bus. -- İşə necə gedirsən? Avtobusla gedirəm. 
In Paris you can take the metro to the Eiffel Tower. -- Parisdə Eyfel Qülləsinə metro ilə getmək olar.
How does Nik get to work? He takes the train. -- Nik işə necə gedir? O, qatarla gedir.


Take something with you:

Are you going out? Take an umbrella, It's raining. -- Bayıra çıxırsan? Çətir götür, yağış yağır. 
Are you going to the beach? Take some water with you. -- Dəniz sahilinə gedirsən? Özünlə biraz su apar.
Sorry, you can't take your camera into the museum. -- Bağışlayın, amma siz kameranı özünüzlə muzeyə apara bilməzsiniz.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 228
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri