Ərəb dili (2. dərs)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 323
Səs ver:
(səs: 0)
[media=https://www.youtube.com/watch?v=us8krmK3A2w]

[media=https://www.youtube.com/watch?v=odIog_KISzA]

Ərəb dili iki hissəyə bölünür.Sarf (- صرفmorfologiya) və nahv ( نحو -sentaksis).Sarf bölümü feillərdən və ismlərdən bəhs edir.Nahv bölümündə isə söz cümlə üzvü kimi təhlil edilir.Həmçinin nahv bölümü dörd əsas hissədən təşkil edilmişdir.

1.Mərfuat (adlıq halda olanlar) المرفوعات

2.Mənsubat( Təsirli halda olanlar) المنصوبات

3.Məczumat (Şərt bildirənlər) المجزومات

4.Məcrurat (Yiyəlik ,yönlük,yerlik,çıxışlıq halda olanlar) المجرورات

Ərəb dilinin tədrisi sarfdan başlamaq etbarı ilə nahva doğru irəlləyir.Sarf bölümündə ilkin öyrənilməsi vacib olan mövzu isə feillər hesab edilir.Çünki ismlərin öyrənilməsi feillərin öyrənilməsinə bağlıdır.

Feillər haqqında ümumi məlumat.

Feillər kök samitlərinin sayı baxımından iki qismə ayrılır.

1.Sülasi mücərrədfeillər.(الفعل الثلاثي المجرد)

2.Rübai mücərrəd feillər.( الفعل الرباعي المجرد )

Tərkibində üç kök hərfi olan feillərə sülasi mücərrəd feillər deyilir.Məsələn: ضَرَبَ vurdu.

Tərkibində dörd kök hərfi olan feillərə rübai mücərrəd feillər deyilir.Məsələn: تَرْجَمَtərcümə etdi.

Sülasi mücərrəd feillərin ən çox altı (6) babı(modeli) vardır.Sülasi mücərrəd feillərin məzid bablarının (modellərinin) on iki (12) babı (modeli) vardır.

Rübai mücərrəd feillərin bir (1) babı (modeli) vardır.Rübai mücərrəd feillərin birinci babına yeddi ədəd mulhaq (əlavə olunmuş) bab vardır.Rübai mücərrəd feilərin bir hərf artırmaq ilə bir məzid babı,iki hərf artırmaq ilə isə iki məzid babı vardır.Rübai mücərrəd feillərə bir hərf artıraraq meydana çıxmış məzid babın altı ədəd mulhaqı (əlavə olunmuşu babı) vardır.Rübai mücərrəd feillərə iki hərf artırmaq ilə meydana çıxan məzid feillərin üç ədəd mulhaqı (əlavə edilmiş babı) vardır.Məzid bablar və mulhaqlar barəsində inşəAllah gələcək dərslərimizdə danışacaqıq.

Kök hərflərinin illətli (qeyri sağlam) və sahih (sağlam) olması baxımından sülasi feillər iki qismə bölünür.

1.Sahih feillər.( الفعل الصحيح )

2.Mutəll feillər.( الفعل المعتل )

Qeyd:İllətli hərflər ilə vav (و) , yə (ي) və əlif (ا) hərfi nəzərdə tutulur.Sahih hərflər ilə isə yerdə qalan bütün hərflər nəzərdə tutulur.

1.Sahih feillər.

Kök samitləri arasında illət hərfi olmayan feillərə sahih feillər deyilir.Sahih feillər öz özlüyündə üç qismə bölünür.Bunlar aşaqıdakılardır.

1.1 Səlim feillər .الفعل السليم

1.2 Məhmuz feillər . الفعل المهموز

1.3 Mudaaf feillər. الفعل المضاعف

Səlim feillər.

Tərkibində həmzə ( ء) hərfi olmayan və son iki əsli hərfi eyni cinsdən olmayan feillərə səlim feillər deyilir.Məsələn: خَرَجَ

Məhmuz feillər.

Kök hərflərindən biri həmzə olan feillərə məhmuz feillər deyilir.Məsələn: أَمَرَ

Mudaaf feillər.

İkinci və üçüncü kök hərfi eyni cinsdən olan feillərə mudaaf feillər deyilir.Məsələn: فَرَّ

2.Mutəl feillər

2.1 Misal feillər.الفعل المثالي

2.2 Əcvaf (boş) feillər. الفعل الأجوف

2.3 Naqis feillər. الفعل الناقص

2.4 Ləfif feillər. الفعل اللفيف

2.4 a) Ləfif məfruq اللفيف المفروق

2.4 b) Ləfif məqrun اللفيف المقرون

Misal feillər:

Birinci kök hərfi vav (و) və yaxud yə (ي ) hərfi olan feillərə misal feillər deyilir.Məsələn : وَضَعَ -qoydu , يَقِنَ – yəqin olmaq.

Əcvaf (boş) feillər:

İkinci kök hərfi illət hərfi olan feillərə əcvaf feillər deyilir.Məsələn : قَال-dedi.

Naqis feillər:

Üçüncü kök hərfi illət hərfi olan feillərə naqis feillər deyilir.Məsələn.رمى -atdı.

Ləfif feillər.

kök hərflərindən ikisi illət hərfi olan feillərə ləfif feillər deyilir.Ləfif feillər iki qismə bölünür ləfif məfruq feillər və ləfif məqrun feillər.Birinci və üçüncü hərfi illət hərfi olan feillərə ləfif məfruq feillər deyilir.Məsələn: وَفَى

İkinci və üçüncü hərfi illətli olan feillərə ləfif məqrun feillər deyilir.Məsələn طَوَى

Sülasi mücərrəd feillərin səlim növünün keçmiş zamanın məlum növündə şəxslər üzrə təsrif edilməsi.

Feillər sonlarına bəzi şəkilçilərin artırılması ilə (əslində şəxs əvəzliklərin ,ərəbcə -ضَمَائِرُ damair) keçmiş zamanın (الماضي) məlum növündə şəxslər üzrə təsrif edilir.Həmin şəkilçilər (ضمائر) bunlardır.

1.تُBirinci şəxsin təkinə artırılır.

2. تَ –Kişi cinsinin ikinci şəxsin təkinə artırılır.

3.تِ Qadın cinsinin ikinci şəxsin təkinə artırılır.

4.تْmünnəslik əlamətidir.Buna görə də şəxs əvəzliyi(ضمائر) hesab edilməz.Qadın cinsinin üçüncü şəxsinin təkinə artırılır.

5.نَا Kişi və qadın cinsinin birinci şəxsin cəminə artırılır

6. تُمْ Kişi cinsinin ikinci şəxsinin cəminə artırılır.

7. تُنَّ Qadın cinsinin ikinci şəxsinin cəminə artırılır.

8. .ُوا Kişi cinsinin üçüncü şəxsinin cəminə artırılır.

9. نَ Qadın cinsinin üçüncü şəxsinin cəminə artırılır.

10.تُمَا Kişi və qadın cinsinin ikinci şəxsinin təsniyəsinə artırılır.

11.ا Kişi və qadın cinsinin ikinci şəxsinin təsniyəsinə artırılır..

12.تَا Qadın cinsinin ikinci şəxsinin təsniyəsinə artırılır.

Gəlin ضَرَبَ-vurdu feilini şəxslər üzrə təsrif edək.

Tək şəxslər üzrə.

ضَرَبْتُ , ضَرَبْتَ , ضَرَبْتِ , ضَرَبَ ضَرَبَ ضَرَبَتْ

Cəm şəxslər üzrə

ضَرَبْنَا ضَرَبْتُمْ ضَرَبْتُنَّ ضَرَبُوا ضَرَبْنَ

Cüt şəxslər üzrə

ضَرَبْنَا ضَرَبْتُمَا ضَرَبَا ضَرَبَتا

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 323
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri