Ərəb dili (4. dərs)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 914
Səs ver:
(səs: 1)

[media=https://www.youtube.com/watch?v=NE1Ku1FfkBg]

Keçmiş zamanda olan feilləri indiki zamanın məlum növünə çevirmək üçün felin tipik saitinə diqqət yetirilməlidir.Ərəb dilində bütün zamanlarda şəxslər üzrə təsrif oluna bilən hər bir felin tipik saiti mövcuddur.Feillərin tipik saitləri lüğətlərdə feillərin qarşısındakı mötərizə içərsində verilir.Üç cür tipik sait mövcuddur.Fəthə(ə), kəsrə(i), dammə(u).Ənənəvi ərəb qramatikasında tipik saitə "harful ayn” deyilmişdir.Bunun isə səbəbi tipik saitin indiki zamanda olan feilin aynul-fiil adlanan ikinci kök samitinin üzərinə qoyulması olmuşdur.Misal olaraq üç müxtəlif tipik saiti olan
ضَرَبَ (i) دَخَلَ (u) عَلِمَ(ə) feillərini göstərə bilərik. Bu feillərin tipik saitləri onların önlərində verilmişdir.Göstərilən feilləri indiki zamanın məlum növünə çevirmək üçün tipik saiti (i) olan feil يَفْعِلُ modelinə ,tipik saiti (u) olan feil يَفْعُلُ modelinə,tipik saiti (ə) olan feil isə يَفْعَلُ modelinə salınır. Məsələn: يَضْرِبُ -vururيَدْخُلُ –daxil olurيَعْلَمُ –bilir.İndiki zamanın məlum növü üçün göstərilən modellər yalnız üçüncü şəxsin təki kişi cinsi üçün nəzərdə tutulmuşdur.Digər şəxslərdə isə göstərilən modellərin təsrifi belədir.

Misal olaraq يَفْعَلُ modelini şəxslər üzrə təsrif edək.

Cüt şəxslər Cəm şəxslər Tək şəxslər.

أفْعَلُ نَفْعَلُ نَفْعَلُ

تَفْعَلُ- تَفْعَلِينَ تَفْعَلُونَ – تَفْعَلْنَ تَفْعَلَانِ - تَفْعَلَانِ

يَفْعَلُ – تَفْعَلُ يَفْعَلُونَ – يَفْعَلْنَ يَفْعَلَانِ - تَفْعَلَانِ

Digər iki model də tipik saitlərinə diqqət yetirmək şərti ilə eyni cür təsrif edilir.

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 914
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri