Ərəb dili (7. dərs)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 182
Səs ver:
(səs: 0)

[media=https://www.youtube.com/watch?v=41sJH_OWCug]

Bunun üçün birinci və üçüncü şəxslərdə indiki zamanın məlum növündə olan feillərin önünə ləmul-əmr adlanan kəsrəsi olan bir ləm(
لِ) hərfi gətirilir.Önünə ləmul-əmr gətirilən feil şəxsə və cinsə (müənnəslik və müzəkkərliyə) müvafiq olaraq bəzən sukunlanır bəzən də əsli olmayan son hərflərindən birini itirir.Bunu aşağıdakı misallarda görmək olar.

Birinci şəxsin tək , cəm və cüt şəxsləri ( kişi və qadın cinsi)

لِأَضْرِبْ (qoy) vurum

لِنَضْرِبْ (qoy) vuraq

لِنَضْرِبْ (qoy) ikimiz vuraq

Üçüncü şəxsin tək , cəm və cüt şəxsləri (kişi cinsi)

لِيَضْرِبْ (qoy) vursun

لِيَضْرِبُوا (qoy) vursunlar

لِيَضْرِبَا (qoy) o ikisi vursun

Üçüncü şəxsin tək , cəm və cüt şəxsləri (qadın cinsi)

لِتَضْرِبْ (qoy) vursun

لِيَضْرِبْنَ (qoy) vursunlar

لِتَضْرِبَا (qoy) o ikisi vursun

Qeyd:Birinci və üçüncü şəxsdə olan feillərin əmr forması azərbaycan dilinə tərcümə edilərkən "qoy” qüvvətləndirici ədatı ilə, həm də qüvvətləndirici ədat olmadan tərcümə edilə bilər.Məsələn:لِيَضْرِبْ –qoy vursun və ya vursun.

Verilən numunələrə diqqət etsək görərik ki,kişi cinsinin üçüncü şəxsinin cəmində və təsniyəsində feillər əsli hərflərindən olmayan hərflərdən birini itirsələr də lakin birinci şəxsin təkində, cəmində , təsniyəsində və üçüncü şəxsin təkində sukun qəbul etmişlər.Həmçinin əmr formasında olan bu feillər qadın cinsinin birinci şəxsinin təkində, cəmində , təsniyəsində və üçüncü şəxsin təkində və cəmində sukun qəbul etmələrinə baxmayaraq üçüncü şəxsin təsniyəsində əsli hərflərindən olmayan hərflərdən sonuncunu itirmişdir.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 182
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri