Ərəb dili (11. dərs)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 291
Səs ver:
(səs: 0)

[media=https://www.youtube.com/watch?v=vEHjpq8xy-A]

[media=https://www.youtube.com/watch?v=gx0LnkIyg1I]

Ərəb dilində iki növ təkid nunu vardır.

 

1.ağır təkid nunu. نَّ

2.yüngül təkid nunu.نْ

"Ağır,  təkidli nun”-una  النون المؤكدة الثقيلةdeyilir.”Yüngül, təkidli nun”-nuna isə النون المؤكدة الخفيفة deyilir.”Təkid nun”-ları  yalnız (təsdiq və  nadirən inkar formada olan)  indiki zaman feillərinin və (təsdiq və inkar)əmr formasında olan feillərin sonuna birləşdirilir.Təkid nunu birləşmiş feil məna baxımından qətilik,mütləqlik ifadə edir.Təkid nunu feilin sonuna birləşərkən feilin sonunda bəzi dəyişikliklər baş verir.Əgər feilin sonunda zaid (feilin kökündən olmayan) hərflər varsa, onlar düşür.İkinci və üçüncü şəxsin təsniyəsində isə yalnız sondakı təsniyə əlifi zaid hərf olmağına baxmayaraq, saxlanılır,sonuncu nun hərfi düşür. Birinci şəxsin təki,cəmi və təsniyəsinə təkid nunu artırıldıqda bu zaman feilin əsli hərflərinin sonuncusu fəthə qəbul edir.Həmçinin bu cür dəyişiklik ikinci və üçüncü şəxsin kişi cinsinin tək formasında da  baş verir.İkinci şəxsin təki qadın cinsində,ikinci və üçüncü  şəxsin cəminin  kişi cinsində nun hərfləri  və əslində zamir olan, cəmlik bildirən vav hərfləri düşür .Mutəkəllim şəxsin kişi və qadın cinsinin tək,cüt,cəm şəxslərini,ikinci şəxsin(muxatab) kişi cinsinin təkini , üçüncü şəxsin(ğaib) kişi və qadın cinsinin təkini  çıxmaq şərti ilə, yerdə qalan şəxslərə  "təkid nun-”u  birləşərkən felin sonuncu əsli hərfinin hərəkəsi fəthə yox,zaid hərf düşəndən sonra əsli hərfin hərəkəsi nədirsə ,o cür də qalır.Lakin bir şeyi nəzərə almaq lazımdır ki, ikinci və üçüncü şəxsin qadın cinsinin cəmi məbni (tərpənməz) olduğu üçün ,bu şəxslərə "ağır təkid nun”-u birləşəndə heç bir zaid hərf düşməz,feilin sonu fəthə ilə qurtardığı  halda , "ağır təkid nun”-una birləşər.Bü bu tün qaydalara əmr formasında da riayət edilər.

Qeyd: İkinci və üçüncü şəxsin qadın və kişi cinsinin təsniyələrinə və ikinci və üçüncü şəxsin qadın cinsinin cəminə ağır təkid nunu birləşərkən təkid nunu-nun fəthəsi kəsrə ilə əvəz edilir(نِّ).Bundan əlavə ağır təkid nunu qadın cinsinin ikinci və üçüncü şəxsinin cəminə birləşərkən feilin sonundakı "nun ən-nisva” ilə ağır təkidli nun-un arasına bir əlif daxil olur.

أفْعَلَنَّ

تَفْعَلَنَّ – تَفْعَلِنَّ

يَفْعَلَنَّ – تَفْعَلَنَّ

نَفْعَلَنَّ

تَفْعَلَانِّ - تَفْعَلَانِّ

يَفْعَلَانِّ – تَفْعَلَانِّ

نَفْعَلَنَّ

تَفْعَلُنَّ – تَفْعَلْنَانِّ

يَفْعَلُنَّ – يَفْعَلْنَانِّ

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 291
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri