Fransız dili - Qeyri - müəyyən artikl (3. dərs)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 717
Səs ver:
(səs: 1)
Qeyri - müəyyən artiklların aşağıdakı formaları var: 

1) UN - bu artikl tək halda olan kişi cinsli isimlərin qarşısında işlənir.Məsələn:un livre - kitab,un cahier - dəftər.
2) UNE - bu artikl tək halda olan qadın cinsli isimlərin qarşısında işlənir.Məsələn: une carte - xəritə,une maison - ev.
3) DES - bu artikl cəm halda olan həm kişi,həm də qadın cinsli isimlərin qarşısında işlənir.Məsələn: des livres - kitablar,des cartes - xəritələr.
Qeyri - müəyyən artikl əşyanın  onunla həmcins olan əşyalardan biri kimi düşünüldüyünü göstərir.Qeyri - müəyyən artiklla işlədilmiş isim Azərbaycan dilinə aşağıdakı yollarla tərcümə oluna bilər: 1) Qeyri - müəyyən artikllın tək forması Azərbaycan dilinə əksər hallarda,qeyri - müəyyənlik bildirən " bir " sözü ilə tərcümə olunur.2) Qeyri - müəyyən artiklla işlədilən isim cümlənin vasitəsiz tamamlığı olduqda,Azərbaycan dilinə tərcümə zamanı,həmin isim təsirlik hal şəkilçisi qəbul etmir.3) Qeyri - müəyyən artiklla işlədilmiş isim Azərbaycan dilinə tərcümə olunarkən bilavasitə xəbərdən əvvəl yerləşir.4) Cəmdə qeyri - müəyyən artiklla işlədilmiş isim Azərbaycan dilinə tərcümə olunduqda bəzən cəm şəkilçisi qəbul etmir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 717
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri