SEVDİNSƏ...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 879
Səs ver:
(səs: 0)

 

 

Sevdinsə…Beş il, on beş il nədir,
Bütün ömrün boyu gözləyəcəksən.
Nə boyda zülm etsə sevgili sənə,
Sevdinsə…"hər zülmə döz",- deyəcəksən.
Sevdinsə… Kölgəyə dönüb hər zaman
Sən onu hər yerdə izləyəcəksən.

Sevdinsə…qəm içib, dərd udacaqsan,
Onu unutmağı unudacaqsan.
Zərərin xeyirdir, xeyirin zərər,
Sevdinsə…Gunahın içində haqsan.
Onu unutmaga calışsan, əgər.
Sən özün özünü unudacaqsan.

Sevdinsə…qanqalı gül biləcəksən.
Hər əsən yarpağa kövrələcəksən.
Sevdinsə…nə dünən, nə də bu günsən,
Sevdinsə…həmişe sən gələcəksən.
Sevdinsə…bir ömrün ilk sabahısan,
Dünyanın ən böyük xeyirxahısan

 

Redakte etdi: PRETTY GİRL

 

 

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 879
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri