Allaha küsmüş sərçənin ibrətlik hekayəsi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 5 254
Səs ver:
(səs: 1)
"Sərçə Allahdan küsmüşdü. Günlər keçirdi, amma sərçə heç bir şey söyləmirdi. İçinə qapanmış, dərin bir hüznə boğulmuşdu. Artıq Rəbbinə heç bir şey demir və onunla danışmırdı! Mələklər maraqla Allahdan sərçəni soruşur və hər dəfə də Allah, mələklərə “o gələcək” deyə cavab verirdi. “Çünki onun səsini eşidən yeganə qulaq Mənəm və onun kiçik qəlbindəki dərdini anlayan da təkcə Mənəm” deyirdi. Bir müddətdən sonra sərçə, qəlbi hüzn, gözü yaşla dolu bir halda bir ağacın budağına qondu. Heç bir şey söyləmirdi, ancaq səssiz-səssiz gözləyirdi. Allah, sərçəyə səsləndi. “Söylə mənə! Canını sıxan və qəlbini hüznə boğan dərdin nədir sənin?” Mələklər sərçə nə söyləyəcək deyə ona baxırdı. Sərçə məhzun, bir az da sitəmli səs tonu ilə dedi; “Kiçik bir yuvam vardı. Yorulanda dincəldiyim, üşüdükdə sığındığım bir yuvam. Heç kəsi narahat etmirdim. Bu nəhəng dünyada balaca bir yer idi. Kimsənin yerini dar etmirdi. Sən onu da mənə çox gördün. Nə idi o vaxtsız fırtına? Əsib yıxdı yuvamı və məni yuvasız qoydu.” Artıq danışa bilmədi sərçə, sözləri boğazında düyünləndi. Səssizlik Ərşi-Rəhmanı bürümüşdü. Mələklər başlarını əymiş, Allahın verəcəyi cavabı gözləyirdi. Allah; “sən, o yuvanda dincələrkən səni ovlamaq istəyən bir ilan yuvana doğru gəlirdi, səni ilandan qorumaq üçün fırtınaya əmr etdim ki, yuvanı yıxsın. Beləcə sən də oradan uzaqlaşaraq ilandan qurtuldun. Məhəbbətimlə səndən uzaqlaşdırdığım o qədər bəlalar var ki..... Səni əhatə edən məhəbbətimi görmürsən, müvəqqəti bəlalara görə Mənə düşman olursan. Sərçənin gözləri doldu və hönkür- hönkür ağlamağa başladı. Onu çox sevən Allahın şəfqət və mərhəmətinə heyran qaldı. Utanqaç bir səslə: “Əfv et Allahım “ deyə bildi sadəcə. Könül sözü Ərşi- İlahidə əks etdi.....“Əfv et Allahım!” Başımıza gələn hər musibətdə, əlbəttə ki çox xeyirlər gizlidir. Rəbbimizə üsyan etmək yerinə, olanda xeyir vardır deyərək riza göstərmək lazımdır..
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 5 254
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri