Fədakar qadının ölüm ayağındakı son peşmançılığı: Mənim kimi yaşamayın!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 925
Səs ver:
(səs: 1)
Qırmızı donu paltar dolabında asılı idi anam ölərkən. O bütün həyatı boyu geyindiyi köhnə paltarlarının arasında çox gözəl görünürdü. Məni çağırmışdılar anamı gördüyüm anda çox ömrünün qalmadığını anlamışdım. Qırmızı donu görüncə: Anacan nə gözəl dondu bu belə amma heç əynində görməmişəm dedim. Heç geyinməmişəmki onu dedi yavaşca...
Otur yanıma qızım əgər bacara biləcəmsə sənə bir dərs vermək istəyirəm ölmədən öncə dedi. Yatağın yanına əyləşdim. Anam dərin bir xəyala daldı. Heç təxmin belə etməyəcəyim dərin bir xəyala. Sonra birdən mənə baxıb danışmağa başladı...
Çox vaxtım qalmadı amma artıq bəzi şeyləri görə bilirəm. Sizə doğru şeyləri öyrətdiyimi düşünərkən çox yanlış şeyləri öyrətdiyimi indi anlayıram.
- O nə sözdü axı anacan deyirsən?
Sus qızım məni dinlə. Hər zaman yaxşı bir qadının ilk öncə özünü düşünməmisinin lazım olduğunu öyrəndim. Həmişə başqalarını düşünməliydim özümdən öncə. Onun bunun hər zaman başqalarının istədiklərini etməliydim hər şeydən öncə. Mənim istədiklərim isə başqalarının istəklərinin altında əzilib qaldı həmişə. Bəlkə günün birində mənim istəklərimdə gerçək olacaqdı amma ömrüm artıq bitir və o gün heç gəlmədi. Bütün həyatım belə keçdi fədakarlıqla. Atan üçün qardaşların bacıların və sənin üçün etdiyim fədakarlıqla.
- Hə ana bir ananın edə biləcəyi hər şeyi etdin bizim üçün.
Ahh qızım ya sənin yada onlar üçün etdiklərimin heç bir faydası olmadı. Məni anlamırsanmı? Sizə səhvlərimin ən böyüyünü etdim. Özüm üçün heç bir zaman heç bir şey istəmədim.
Atan indi yan otaqda hirslənmiş halda divarlara baxır. Həkim ona oləcəyimi söylədikdən sonra yanına gəldi və məni ölmədən öncə öldürdü.
Ölə bilmərsən sən.... Eşidirsənmi məni...??? Sən ölüncə mən necə olacam??
Hə çox çətin olacaq bilirəm. Mətbəxdə tavanın harada olduğunu belə bilməz.
Və sizlər uşaqlarım həmişə sizin üçün nəsə bir şeylər etdim. Həftənin yeddi günü evdə həmişə ən gec yatan ən tez qalxan mən oldum. Yanıq çörəkləri və ən az yeməyi həmişə mən yedim. Bir qadının fədakarlıq etməkdən başqa bir işinin olmadığını hətta fədakar olmazsa o qadının var olmadığını öyrətdim sizə. Yığdığım hər qəpiyi geyimlərinizə kitablarınıza xərclədim. Çox zaman gərək olmadan belə. Həyatım boyu bir dəfə alış verişə çıxıb özüm üçün bir şeylər almadım. Sadəcə keçən il gördüyün o qırmızı donu aldım. Yığdığım 20 manatım var idi. Tamda soyuducunu təmir etdirəcəm o pulla dediyim zaman böyük bir paketlə qayıtdım evə atan çox üzdü qırdı tökdü o gün məni.
Belə bir donu hara geyinəcənki?? Operayımı gedəcən yoxsa???
Düşündüm haqlıdı. Bir dəfədə geyinmədim o donu. Mağazada yoxlamaq üçün geyinməkdən başqa.
Qızım əgər bu dünyada özünü düşünmərsənsə o biri dünyada xoşbəxt olacağımı sanırdım. Amma artıq inanmıram buna. Məncə Tanrı istədiklərimizi bu dünyada elə indi gerçəkləşdirməmizi istəyir bizdən.
Qızım əgər indi bir möcüzə olsa mən bu yataqdan qalxa bilsəydim anan tam fərqli qadın olardı.
Amma mən payıma düşən ömrümü bu cür boşa yaşadım. Bəlkə çətin olardı öyrənməm amma öyrəndim qızım öyrəndim.
Anamın mənə son sözləri bunlar oldu:
Qızım mənim yolumla getmə söz ver mənə. Anama söz verdim. Anam isə həyatını bitirdi son nəfəsini verdi.
Buna bənzər çox şey oxumusunuz yəqinki. Hamısındada həyatımızı sabaha saxlamamagımızı hər günü həyatımızın son günü kimi yaşasaq daha gözəl həyat yaşaya biləcəyimizdən söz edər. Mən bunu oxuyarkən çox sevdiyim bir dostumu xatırladım. 20 illik evlilik həyatını xəyanət səbəbiylə bitirməyə hazır olarkən yanındaydım ağlayırdı.
Bilirsənmi dedi mən niyə ağlayıram..?
İyirmi ildi hər gün plov bişirdim evdəkilər sevir deyə. Bir gün sadə, bir gün südlü, bir gün qavlamalı, bir gün kişmişli ...
Amma bir gün belə olsun lobyalı plov bişirmədim amma lobyalı plov mənim ən sevdiyim plov idi...

Leyla Əliyeva
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 925
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri