Məşğul odunçu

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 127
Səs ver:
(səs: 0)
Uğurlu və ya uğursuz, hər kəsin bir hekayəsi var. Müvəffəqiyyətli insanların hekayələri çox insanın marağını cəlb edir. Lakin uğursuzluq əhvalatları uğur əhvalatları qədər vacibdir və ordandan da nəisə öyrənə bilərik.

Bir vaxtlar qolu güclü bir odunçu olur. O, taxta-şalban tacirindən iş istəyir və işə qəbul edilir. İşin maaşı da, şərtləri də çox yaxşı olur. Buna görə də odunçu, əlindən gələn hər şeyi etməyə qərar verib. Müdiri ona balta verib və işləyəcəyi ərazini göstərir. Odunçu böyük bir səylə ilk gün 18 ağac kəsib gətirir. Mudir: "Təbrik edirəm," "Bu şəkildə işləməyə davam edin"deyir.

Müdirin söylədiklərindən motivasiyası artan odunçu ertəsi gün daha çox işləyir. Lakin yalnız 15 ağac kəsib, gətirə bilir. Bu vəziyyətə görə bir az xəcalət çəkir. Üçüncü gün bu vəziyyəti düzəltmək üçün daha çox işləyib, amma yalnız 10 ağac kəsib gətirir.

Hər keçən gün kəsib gətirdiyi ağac sayı azalmağa başlayıb.

"Gücümdə-qüvvətimdə azalma baş verir", deyə düşünür və gedib müdirindən üzür istəyir. Çox işlədiyini, amma kəsdiyi ağac sayının getdikcə azaldığını, bunun səbəbini də anlamadığını söyləyir. Müdiri, "Axırıncı dəfə baltanı nə zaman itiləmisən ?" deyə soruşur. Odunçu "Odun kəsməklə o qədər çox məşğul idim ki, baltanı itiləmək heç ağlıma gəlmədi" deyir.

Həyatda hər zaman eyni işi etmək və ya sadəcə çox işləmək uğur qazanmaq üçün kifayət deyil. Arada bir dayanıb, özünüzü inkişaf etdirmək və daha məhsuldar olmaq üçün nə etməniz lazım olduğunu da araşdırıb, öyrənməyimiz lazımdır. Yəni arada bir dayanıb, baltanızı itiləməlisiniz
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 127
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri