Mәn bu әziyyәtә dözmәyә hazıram, ona görә ki... - İbrətli hekayə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 352
Paylaş:
Səs ver:
(səs: 1)
Hicablı bir xanım avtobusa daxil olarkәn sürücü bilmәdәn avtobusun qapısını bir az tez bağladı vә bunun nәticәsindә xanımın çadrasının bir hissәsi qapı arasında qaldı. Bunu görәn açıq-saçıq bir xanım, hamı eşitsin deyә uca sәslә dedi: "Axı bu nә geyimdir? Belә geyimlәr insana әziyyәtdәn başqa bir xeyir vermir. Bәzilәri özünә әziyyәt vermәyi xoşlayır."

Nәhayәt hicablı xanım, ona irad tutan xanımın yanında әylәşdi vә heç kim eşitmәsin deyә ona sakitcә belә dedi: "Mәn bu әziyyәtә dözmәyә hazıram. Ona görә ki, әgәr nә vaxtsa sәnin hәyat yoldaşın öz vәzifәsinә әmәl etmәyib baxışlarını kontrol edә bilmәsә vә mәnim bәdәnimә baxarsa, onda sәnin hәyatın tәhlükәyә düşә bilәr vә sәnә qarşı soyuq olar. Sәnә olan mәhәbbәti vә diqqәti azalmasın deyə mәn özümü çәtinliyә salıb qızmar günәşin altında istiyә dözüb әziyyәt çәkirәm. Hәmçinin qışda şaxtalı, külәkli havada çadramı örtürәm ki, özümün vә sәnin ailәni qoruyum. Mәn dә sәnin kimi bir qadınam vә gözәlliyimin tәrifinә meylim var. Mәn dә sәnin kimi yayın istisindә tәrlәmәk istәmirәm vә çöldә-bayırda sәnin kimi rahat gәzmәk istәyirәm. Lakin bu istәklәrimә baxmayaraq üstündәn qırmızı xәtt çәkmişәm ki, az da olsa sәnin isti ailәni qoruyum. Vә bil ki, bütün bunları öz vәzifәm hesab edirәm."

Hicablı qadın bunları deyib bir an sakit dayandı ki, bәlkә qarşısındakı xanım bir söz desin. Lakin onun sükut etdiyini görüb sözünә davam etdi: "Hәr bir insanın öz vacib vәzifәsindәn әlavә bir sıra hüquqları da vardır. Mәnim günahım nәdir ki, dar vә cәlbedici paltarlar geyinib bәdәnlәrini namәhrәmә nişan verәrәk, üz-gözünü vә saçlarını müxtәlif rәnglәrә boyamış qadınlar mәnim hәyat yoldaşımı öz ardınca çәkirlәr??? Gәl insafla fikir yürüdәk: Mәn sәnin bu geyimindәn narahat olub şikayәt etmәliyәm, yoxsa sәn mәnim geyimimdәn? Açıq-saçıq qadın bir müddәt sükut etdi vә sonra belә dedi: "Sәn düz deyirsәn. Heç vaxt bu mәsәlә barәsindә dәrindәn düşünmәmişdim. Sanki gözlәrimi açdın"... Nәhayәt üzrxahlıq edib utandığından başını aşağı saldı vә fikrә daldı.

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 352
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
YalniZ-ArZu
buda duz emelli hicab baglayanin sozleridir tebii ki, insanin gerek ureyi de exlaqi da hicabda yani ortukde olsun. Yoxsa dodaq silikon, qaw tatu, eyinde tayt dirnaq arasi hicabli bunu dese sifetiNe gulerem onun.
Birde men cox gormusem ozu az qala cilpaqdi ama hicabliya deyirki eynindeki hicabdan utan.Adama deyesen sen eynuve ikinci derin kimi yapiwan, altindan bustqalterin her tikisi gorunen geyiminden utanma amma o istinin bir gununde geyindiyi hicabdan utansin? Bizim cemiyyetde beledirde, kimde ne hyoxdur ondan daniwir. Men ozum hicabli deyilem teessufki, ama hicabi duz emelli hicab kimi hormetle dawiyanlara sonsuz hormetim var.
7 dekabr 2018 10:44
5
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
vipbetul
negede gozel ibretli hekayedir
5 dekabr 2018 10:12
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
CANAN
Cox gozel ibretlik hekayedi.Bezi qadinlar varki tamam geyimlerini itiribler...Nenem yasda xalalar cavan qiz kimi dar lasin geyinir elinde.Telefon...eh eh.
4 dekabr 2018 21:49
3
canan qizim sirin seker qizim.
Offline
Tomris Müslümova
Kas ki bütün qadinlar bele düsünme qabiliyyetine malik ola bile. Sert o deyil hicabli olasan. Hicabli olub dodaqlari at dodagi boyda slikonlu olanlar var, hicab altindan zakaza gedenler, altdan-altdan at oynadanlar var. Hicabli olmaq edebli, exlaqli olmaq demek deyil. Amma yazida qeyd olunmus xarakter çox derin düsünme qabiliyyeti olan esil xanimadir ! Demek isteyir ki, bedeninizi ona-buna nümayis etdirmeyin. Evli kisilernen danisib ailelerini dagitmayin, ona-buna quyu qazmayin !
Çox gözel ders verib o qadina. Her agzinnan ses çixaran danisan sayilmir. Esas odur ki, danisdiginin bir menasi olsun...
4 dekabr 2018 21:39
2
Mənim olan bu heart səni çox sevir!!!
Offline
Cema_Axodova
Maraqli hekayeydi tewekkurler
4 dekabr 2018 21:36
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri