Vəsiyyət

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 449
Səs ver:
(səs: 1)
Hiss edirdi ki, çox yaşaya bilməyəcək. Artıq yaş da öz işini görmüşdü. Oğullarını yanına çağırdı. Son vəsiyytəni etmək, sonra rahat ölmək istəyirdi:
-Əzizlərim, artıq ömrümə bir şey qalmayıb. Mən öləndən sonra aranızdaa inciklik olmasın deyə, dəvələrimi indidən bölmək istəyirəm. Dəvələrin yarısını böyük oğluma verirəm. Üçdə birini ortancıl, doqquzda birini isə kiçik oğluma verirəm...
Çox keçmədi ki, qoca dünyasını dəyişdi. Nəhayət, dəvələri bölmək vaxtı çatdı. Ancaq qocanın 17 dəvəsi var idi və bu dəvələri nə 2-yə, nə 3-ə, nə də 9-a bölmək mümkün idi. Böyük oğul: " Bu işin öhdəsindən gəlsə-gəlsə, ancaq kəndin ağsaqqalı gələ bilər " , - dedi. Yığışıb ağsaqqalın yanına getdilər. Ağsaqqal onları diqqətlə dinlədi. Sonra: " Mənim də bir dəvəm var. Onu da götürün və dəvələri yenidən bölün" , - dedi. Oğullar ağsaqqalın bu səxavətinə heyran qaldılar. İndi onların 18 dəvəsi var idi. Əvvəlcə, dəvələri 2-yə böldülər. Böyük oğlünün payına 9 dəvə düşdü. Sonra 3-ə böldülər. Ortancıl oğlu 6 dəvə götürdü. Sonra 9-a böldülər. Kiçik oğula da 2 dəvə çatdı. Bütün dəvələri böləndən sonra ortada bir dəvə qaldı. Yenə ağsaqqalın yanına getdilər.
Ağsaqqal məsələni öyərənəndən sonra gülümsədi və: " Mədam ki, dəvələri bölmüsünüz, onda mən öz dəvəmi geri götürürəm", - dedi. Artıq heç bir şübhəyə yer yox idi...
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 449
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri