Sevgi və dəlilik

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 131
Səs ver:
(səs: 1)
Bir gün dünyanın bir küncündə insanlara aid olan bütün xüsusiyyət və hisslər toplaşdı. Cansıxıcılıq artıq üçüncü dəfə əsnəyəndə Dəlilik bir təklif irəli sürdü :
- Gəlin ,gizlənpaç oynayaq?..
Fitnə qaşlarını qaldırdı :
- Gizlənpaç? O nə oyundur elə?
Dəlilik izah etdi ki,məsələn,elə o özü gözlərini yumur və milyona qədər sayır.Bu zaman qalanları gizlənirlər.
Ən sonda tapılan gözlərini yumacaq və bu dəfə ondan başqa hamı gizlənəcək. Sevinc sevincindən elə tullanırdı ki,Şübhəni də dilə gətirə bildi,amma heç nə ilə maraqlanmayan Süstlük hər zamankı kimi oynamaqdan imtina etdi.Doğru gizlənməməyə üstünlük verdi,çünki onsuzda onu əvvəl-axır tapırlar.Qürur dedi ki,bu tamamilə axmaq oyundur, onu özündən başqa heç nə maraqlandırmırdı.Qorxaqlıq riskə getmək istəmirdi. - Bir,iki,üç ...- Dəlilik saymağa başladı.
İlk olaraq Tənbəllik gizləndi.O,elə ən yaxın bir daşın arxasında gizləndi.İnam səmaya qalxdı,Paxıllıq Zəfərin kölgəsində gizləndi,hansı ki öz hesabına ən hündür ağacın ən hündür yerinə qalxmışdı. Nəciblik uzun müddət gizlənməyə yer tapmadı,belə ki hər tapdığı yer,onun fikrincə, dostları üçün daha ideal idi.Saf təmiz göl? Gözəllik üçün.Ağacın oyuğu? Bu,Qorxu üçün.Kəpənəyin qanadı? Şəhvət üçün. Küləyin əsməsi? Azadlıq üçün idi axı! Və beləliklə,o,Günəşin şüasında gizləndi.Eqoizm,əksinə,yalnız özü üçün isti və rahat bir yer tapdı.Yalan okeanın dibində gizləndi (əslində,göy qurşağında),Ehtiras və İstək isə vulkanda gizləndilər. Unutqanlıq... yadımda deyil harada gizlənmişdi,amma bu vacib deyil.Dəlilik 999999`a qədər sayanda bütün yerlər tutulduğundan Sevgi hələ də harada gizlənəcəyini düşünürdü.Birdən Sevgi çəhrayı qızılgülləri olan bir kol gördü və onun gülləri arasında gizlənməyə qərar verdi. - Milyon-deyib Dəlilik saymağı bitirdi və axtarmağa başladı.
Əlbəttə ki,birinci o, Tənbəlliyi tapdı.Sonra ALLAH ilə bəhs edən İnamın səsini eşitdi,Ehtiras və İstəyin harada olduğunu isə vulkanın coşması bildirdi.Daha sonra Dəlilik Paxıllığı gördü və Zəfərin də orada olacağını yəqin etdi.Eqoizmi axtarmağa ehtiyac olmadı,çünki gizləndiyi yer arı yuvası idi və arılar çağırılmamış bir qonağa heç də sevinməmişdilər.Axtara-axtara susayan Dəlilik su içmək üçün yaxınlaşdığı göldə Gözəlliyi gördü.Tərəddüd hasarın başında oturmuşdu və hələ də qərar verə bilmirdi ki,onun hansı tərəfində gizlənsin.
Beləliklə,demək olar ki,hamı tapılmışdı.İstedad təmiz və təravətli otlar arasında,Kədər qaranlıq mağarada,Yalan göy qurşağında (əslinə qalsa okeanın dibində).Bircə Sevgini tapa bilmirdilər ki,bilmirdilər.Dəlilik onu hər ağacın arxasında,hər kiçik çayda,hər dağın zirvəsində axtardı və nəhayət,kolları axtarmaq fikrinə düşdü.Axtaranda qışqırıq eşitdi.Qızılgüllərin sərt tikanları Sevginin gözlərini yaralamışdı...
Dəlilik nə edəcəyini bilmirdi : üzr istəyir,yalvarır,ağlayır,könlünü almağa çalışırdı.Günahını yumaq üçün Sevgiyə onun bələdçisi olmağa söz verdi.Və elə o vaxtdan,yəni ilk gizlənpaç oyunundan bəri Sevgi kordu və Dəlilik onun əlindən tutub aparır...
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 131
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri