Huzur nədir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 3 138
Səs ver:
(səs: 0)
Xalqı tərəfindən çox sevilən bir kral, əmin-amanlığı ən gözəl rəsm edəcək sənətkara böyük bir mükafat verəcəyini elan edir. Müsabiqəyə çox sayda sənətçi qatılır. Günlərlə çalışırlar, bir-birindən gözəl rəsmlər edirlər, əsərləri saraya təslim edirlər. Tablolara baxan kral yalnız ikisindən xoşlayır. Amma birinci seçməsi üçün qərar verməsi lazımdır.
Rəsmlərdən birində bir göl vardır. Göl, eynilə bir güzgü kimi ətrafında yüksələn dağların görünüşünü əks etdirir. Üst tərəfdə pambıq ağı buludlar göy üzünü bəzəyir. Rəsm, baxanlara mükəmməl bir rahatlıq hissi verəcək qədər gözəldir.

Digər şəkildə də dağlar var. Amma əyri-üyrü və çılpaq dağlar. Dağların üstündə qəzəbli göydən boşanan yağışlar və çaxan şimşək isə rəsmi daha da çətin bir vəziyyətə salır. Dağın ətəklərindəki şəlalə insana səs-küyü, yorğunluğu xatırladacaq qədər əsəbi dayanılıb. Bir söz, şəkil, bir də elə rahatlıq verəcək deyil.
Lakin kral şəkilə baxanda, şəlalənin ardında qayalıqlarda, çatdan çıxan çix kiçik bir kol görür. Kolun üstündə isə bir ana quşun örtdüyü bir quş yuvası gözə çarpır. Sərt axan suyun orta yerində ana quşun qurduğu yuva tutanlara qəribə bir rahatlıq və sakitlik nümunəsi yaradır.

Mükafatı kim qazandı? Təbii ki, ikinci rəsm. Kral bunun səbəbini belə açıqladı:
Huzur heç bir gurultunun, sıxıntının ya da çətinliyin olmadığı yer demək deyil. Huzur bütün bunların içində belə ürəyimizin sakitlik tapa bilməsidir".
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 138
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri