4 məhəlləli qəsəbə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 550
Səs ver:
(səs: 1)
Kiçik bir qəsəbənin dörd ayrı məhəlləsi varmış. Birinci məhəllədə Bəliammalar yaşayırmış. Bəliammalar nə edilməsi lazım olduğunu bildiklərini düşünürlermiş. Etmə vaxtı gələndə isə "bəli, amma" cavab verirmişlər. Cavabları həmişə səhv olurmuş. Günahı başqalarına atmaqda da ustaylarmış.

İkinci məhəllədə Edəcəmlər yaşarmış. Nə edəcəklərini bilərmişlər. Özlərini edəcəkləri şeyə addım-addım hazırlayırmışlar, amma edəcəkləri sırada şanslarını itirdiklərinin fərqinə varmırlarmış. Bu məhəllədə insanların dizləri döyülməkdən yara içində idi. Həyatı təxirə salmamaq üçün verdikləri qərarı da təxirə salardılar.

Üçüncü məhəllədə yaşayan Kaşkiçilərin, həyatı qavrama gücləri mükəmməlmiş. Neyin edilməsi lazım olduğunu həmişə ən məqsədəuyğun şəkildə bilərmişlər amma, hər şey olub bitdikdən sonra. Kaşkicilerin də başları qanayarmış, divarlara vurmaqdan!

Qəsəbənin ən yaşıl bölgəsində, ən gözəl evlərin olduğu məhəllədə isə Yaxşıkietdimlər otururmuş. Kaşkiçilər bu məhəllədə gəzintiyə çıxar, ətrafa heyranlıqla baxırmışlar.

Edəcəmlər Kaşkicilerle birlikdə bu məhəllədə gəzintiyə çıxmaq istəyir, amma heç cür fürsət tapa bilməzlər.

Bəliammalar isə məhəllənin gözəlliyini görmək yerinə, ağacların kölgələrinin kifayət qədər geniş olmadığından, günəşin daha erkən saatda doğulması lazım olduğundan şikayət edirmişlər.

Yaxşıkıetdim məhəlləsindəki insanların qüsuru da, beyinlərində bəhanə çıxarma mərkəzlərinin olurmuş!
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 550
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri