“Susuz aparıb, susuz gətirər” deyimi necə yaranıb?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 7 416
Səs ver:
(səs: 2)
Bulağa susuz aparıb, susuz gətirər” deyimini həmişə sözarası işlədirik. Əslində isə bu deyimin yaranmasının səbəbi var.

Qadinla.com məşhur məsəlin yaranma tarixi ilə bağlı hadisəni təqdim edir.

Belə ki, zəngin bir tayfanın obasında gənc və yaraşıqlı bir çoban olur. Çoban tayfa başçısının qızına aşiq olur, qızın da çobana könlü olsa da, amma atası qızını varlı bir şəxsə nişanlayır. Bir gün çoban gənc qızla gizli söhbət edərkən onları görürlər. Dərhal qızın atasına xəbər çatdırırlar. Qız çadırda həbs edilir, çobanı isə cəzalandırmaq üçün tayfanın ağsaqqallarını toplayırlar. Ağsaqqallardan biri belə bir təkliflə çıxış edir. Deyir ki, çobanın bizə işinin peşəkarı olduğunu sübut etmək üçün sürüsünü iki gün susuz qoyaq, üçüncü gün isə dərəyə aparsın və əgər sürüləri su içmədən geri qaytara bilsə, qızı ona verək.

Bunun imkansız olduğunu düşünənlər təkliflə razılaşırlar. Sürü iki gün susuz qalır və üçüncü gün obanın camaatı toplanaraq çobanı izləməyə gedirlər. Tütək çala-çala sürünü dərəyə gətirən çoban, sürünün başçısı olan qoyuna təsirindən sonra qoyunları su içmədən geri qaytara bilir. Bundan sonra məğlub olduqlarını görən oba ağsaqqalları qızı çobana verirlər.

“Susuz aparıb, susuz gətirər” deyimi də bu hadisədən sonra yaranır.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 7 416
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri