Çox təsirli hekayə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 10
Baxılıb: 448
Paylaş:
Səs ver:
(səs: 0)
Bir gün qədəhə şərab süzdüm, içmək istəyirdim. Ancaq qızım toxunaraq, onu yerə dağıtdı. Sanki ona bunu etdirən Allah idi... Fatimə böyüyürdü. 3 yaşına çatdı. Ancaq çox yaşamadı.

Elə 3 yaşında ikən Allahın dərgahına qovuşdu… Qızım oldukdən sonra veziyyətim əvvəlkindən də betər oldu. Artıq ətrafımdakılaraqarşı hədsiz səbirsiz olmuşdum. Hər şey get-gedə pisləşirdi. Şeytan dayanmadan mənimlə oynayırdı. Bir gun mənə yaxınlaşdı və vəsvəsə verdi: "Sən bu gun elə içməli, elə sərxoş olmalısan ki, heç ayaq ustə durmağa taqətin qalmasın”… Elə də oldu. Bütün gecəni şərab içməklə keçirdim. Hətta elə bir vəziyyətə düşdüm ki, məni yalnız bu sərxoşluqdan uzun və dərin yuxular xilas edə bilərdi. Yuxuya getdim. Yuxularım bir-birini əvəz edirdi. Ancaq gördüyüm sonuncu yuxu çox dəhşətli idi... Yuxumda məhşər ayağında idim. Bütün insanlar dəstə-dəstə hesab verməyə axışırdılar. Mən də həmin insanların arasında idim...

Kimsə insanlara səslənirdi: "Ey filankəs! Haydı, Allaha hesab verməyə...”. Çağrılan kəslərin simaları qorxudan qaralmışdı. Bir çox insan sorğu-suala çağrıldı… Nəhayət növbə mənə gəldi; həmin səs məni çağırırdı. "Haydı, Allaha hesab verməyə tələs!” Ətrafıma nəzər saldım. Bayaqkı insan izdihamından əsər-əlamət qalmamışdı. Qiyamət günü... Məhşər yeri bom-boş qalmışdı… Elə bu an qarşımda siçovula oxşar bir canlı gördüm. Olduqca böyük və qorxunc idi…

Birdən siçovul mənə hücum etdi. Özümü müdafiə etmək üçün qaçmağa başladım. Qaçarkən yolda qarşıma bədəncə zəif bir qoca çıxdı. Ondan kömək etməsini istədim. Qoca ah-nalə çəkərək səsləndi: "Oğlum, mən güczüz bir adamam. Səni bu heyvandan xilas etməyə gücüm yetməz. Ancaq bu istiqamətdə hərəkət etsən, ola bilsin ki, xilas olarsan”… Qocanın dediyi istiqamətə qaçdım.

Siçovul hələ də arxamca qaçırdı. Qarşımda cəhənnəm atəşini gördüm. Sifətimdə alovun istisini hiss etdim... Sıxışıb qalmışdım. Nə edəcəyimi bilmirdim. Öz-özümə dedim: "Cəhənnəm oduna düşməklə siçovuldan qurtarmaq?!” Yenidən həmin qoca tərəfə qaçmağa başladım. Siçovul arxamca qaçmaqda davam edirdi. Qorxu məni bürümüşdü. Nəhayət qocanın yanına çatdım: "Allah xətrinə, məni bu heyvanın elindən xilas et!”... Təəccübləndim. Qoca halıma acıyaraq göz yaşı tökürdü... Mənə sarı çevrildi: "Gorursən ki, çox zəifəm, səni xilas edəcək taqətim də yoxdur. Ancaq bu dəfə oraya qaç. Əminəm ki, xilas olacaqsan”… Qocanın göstərdiyi yolla qaçmağa başladım. Siçovul da ara vermədən arxamca qaçırdı.

Birdən qarşımda bir dağ peyda oldu. Dağın ətəyində çoxlu uşaq var idi və hamı ağlayırdı. Hamı eyni sözü təkrar edərək ağlayırdı. "Ey Fatimə, atana bax! Atana bax!” - deyə fəryad edib ağlayırdılar...Bu zaman qızım Fatiməni gördüm. 3 yaşında ikən dünyadan köçüb Cənnətə qovuşan qızımı gördüyüm zaman çox sevindim. Məni cəhənnəm odundan xilas edərək, cənnətə girməyimə vəsilə olacağına ümid edirdim. Bu vaxt qızım əlini uzatdı və məni siçovuldan xilas etdi… Onu qucağıma oturtdum. Qızım mənə: "İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!” ayəsini oxudu… Qızımdan arxamca düşən o əcaib heyvan haqda soruşdum. Dedi: "Atacan, gördüyün bu əcaib heyvan dünyada işlədiyin günahlarındır.

Onu sən bəslədin, böyütdün və səni çətin vəziyyətə salacaq bu həddə onu sən çatdırdın. Atacan, məgər dünyada işlənən əməllərin axirət günündə təcəssüm edərək qarşına çıxacağını bilmirsənmi?” Ondan mənə yol göstərən yaşlı kişi haqda soruşdum Belə cavab verdi: "O yaşlı və zəif insan sənin gözəl əməllərin idi. Sən onu elə zəif, elə gücsüz və çarəsiz etdin ki, sənə kömək edəcək gücü belə qalmamışdı. Atacan, əgər mən dünyaya gəlməsəydim və kiçik yaşda rəbbim məni öz dərgahına aparmasaydı, səni bu dəhşətdən heç kim xilas edə bilməyəcəkdi”... Bu an yuxudan oyandım. Ağlayırdım.

Öz-özümə: "Allaha qul olmağın vaxtı yetişib!” - dedim. Dərhal qüsl aldım. Tövbə etmək və cənnət yolunu seçmək üçün məscidə yollandım. Məscidə daxil olduğum zaman imam qızımın yuxuda mənə dediyi ayəni oxuyurdu: "İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!”… Haqqında söhbət açdığımız bu şəxs tabein imamlarının ən hörmətlisi və abidi Malik bin Dinardır. O, gecələr ağlamağı ilə tanınırdı. Həmişə belə deyirdi: "Allahım! Kimin cənnətə, kimin də cəhənnəmə girəcəyini yalnız Sən bilirsən.

Görəsən, mən hansılardanam? Rəbbim, məni cənnət əhlindən et, cəhənnəm odundan qoru!” Malik bin Dinar səmimi qəlbdən tövbə etdi və bu tövbəsi ilə insanlar arasında məşhur oldu. O, daima məscidin qapısı önündə durar və insanlara səslənərdi: "Ey günhkar insanlar! Rəbbinizə dönün! Ey qafil insanlar! Sizi yaradanın yoluna qayıdın! Rəbbiniz hər gecə sizə səslənir, sizi çağırır. Bəs, siz haraya gedirsiniz? Allah sizə: "Mənə bir qarış yaxınlaşana, mən on qarıw yaxınlaşaram. Mənə sarı yuruyənə tərəf isə qaçaram”, - deyir. Məgər bu, sizə kifayət etmirmi?”

loading...
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 448
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
tatyana
Calışaq sicovul yetişdirmiyek)
3 fevral 2019 15:39
10
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Offline
fiyonik
Bu hekayeni oxumusdum. Heqiqeten tesirlidir. Hami bilmelidir ki, bu dunyada etdikkerimizin hesabini o biri dunyada vereceyik. Tesekkurler Arzu baci.
2 fevral 2019 10:51
9

If you’re gonna be two-faced at least make one of them pretty.
Offline
vipbetul
maraqli hekaye oldu
2 fevral 2019 10:06
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Onun_Mələyi
Üzelim demiş okurkən tüküm biz-biz oldu.
İnsanların bu dünyadakı günahların o dünyada böyüyüb heyvana dönüşməsi haqda hardasa eşitmişdim .
Allah o şeytana lənət eləsin ki insanları yolundan azdırıb vəsvəsə eliyir.
Aysel kürsü daim dilimdədir. Allah etdiymiz günahlarmızı bağışlasın.
Təşəkkürlər...
2 fevral 2019 05:31
7

- Dünyanın ən gözəl ritmi, Onun sənin üçün döyünən ürəyidirheart
Offline
Üzel..
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
1 fevral 2019 22:58
6
#Людям не всегда нужны советы. Иногда им нужна рука, которая поддержит. Ухо, которое выслушает и сердце, которое поймет.
Только действия человека говорят о его личности и его отношении к вам, не верьте словам, просто наблюдайте и вы увидите истину.Не возобновляй общение с теми, кто тебя предал, такие люди не меняются.✔
Offline
_NigaR_
Çox tesirli hekaye idi..allahin sevdiyi bendelerdeb olaq inşallah
1 fevral 2019 22:49
5
Imperfection is beauty, madness is genius and it’s better to be absolutely ridiculous than absolutely boring.
Offline
Cema_Axodova
Allahin sevdiyi bendelerden olaq inwallah
1 fevral 2019 22:23
4
p.s
Offline
qanadli melek
Cox tesirli hekayedi Bu gun hansisa hereketi edende seher ne ile neticeleneceyini dusunmeliyik
1 fevral 2019 22:17
3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
BARBI
Cox tesirli hekaye idi.Rebbim gunahlarimizi bagislasin.Pis emellerimizden uzaq olaq
1 fevral 2019 21:36
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Love Angel
Cox gozel xeberdir baci. Ellerine sagliq. Cox beyendim. Maraqli hekayedir.
1 fevral 2019 21:08
1
Bəzi insanları tanımamaq, bəzilərini isə əvvəlcədən tanımaq istərdim.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
loading...

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri