İbrətlik hekayələr...

Müəllif: Love Angel
Şərhlər: 8
Baxılıb: 7 834
Səs ver:
(səs: 1)
Yaşlı qadın olduqca Allaha bağlı bir adam idi. Hər səhər qapısının ağzına çıxar və uca səslə: " Allahım, bizə verdiyin hər şey üçün sənə şükürlər olsun! " - deyə dua edərdi. Hər dəfə də yan qonşusunun səsi eşidilər, qonşusu səsi çıxdıqca: " Allah yoxdur, Allah yoxdur! " - deyə fəryad qoparardı. Yaşlı qadın bundan nə qədər incisə də, sözündən dönməzdi. Ertəsi gün yenə qapısının ağzına çıxar, dua edər, sonra evinə qayıdardı. Qonşusu da inad olsun deyə ar gücü ilə " Allah yoxdur, Allah yoxdur! " - deyib təsəlli tapmağa çalışardı.
Bir axşam qonşusu yaşlı qadına " tələ qurmağı " qərara aldı. Dükana gedib meyvə, tərəvəz, çörək aldı. Doldurduğu torbaları yaşlı qadının qapısının ağzına qoydu. Ertəsi gün yaşlı qadın qapını açıb torbaları gördü. Əvvəlvə təəccübləndi, sonra əllərini Allaha açıb sevinclə, " Sənə şükürlər olsun, Allahım. Göndərdiyin bu nemətlər üçün sənə şükürlər olsun! " - deyə dua etdi. Bu vaxt ağacın arxasından ona tamaşa edən qonşusu səsləndi: " Allah yoxdur, qadın, Allah yoxdur! O gördüyün şeyləri sənə mən aldım! " . Yaşlı qadın heç halını pozmadı və bu ibrətli sözləri dedi: " Uca Allahım! Sənə nə qədər şükür etsəm, yenə azdır. Həm bu nemətləri mənə göndərmisən, həm də xərcini şeytana ödətdirmisən " ...

Ən qiymətli Şey
Qoca səyyah çayın kənarında qiymətli bir daş tapmışdı. Ertəsi gün o, başqa bir səyyahla qarşılaşdı. Səyyah çox ac idi. Qocadan yemək üçün bir şey istədi. Qoca ona yemək vermək üçün çantasını açanda səyyah qiymətli daşı gördü. Qocadan o daşı ona verməyi xahiş etdi. Qoca heç bir tərəddüdsüz daşı götürüb səyyaha verdi. Nəhayət, bəxti səyyahın üzünə gülmüşdü. Bunları düşünə-düşünə sevinclə qocadan ayrıldı. Ancaq bir neçə gün keçməmişdi ki, yenə qayıtdı. Və qocanı taparaq daşı ona qaytardı. Səyyah qocaya: " Mənə verdiyin daşın nə qədər qiymətli olduğunu bilirəm" , - dedi - " ancaq səndə bu daşdan daha qiymətli bir şey var. Bu daşı sənin gözündə adiləşdirən şey... Onu mənə verə bilərsənmi?..."
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 7 834
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri