Ağıllı bir qadının xəyanətkar ərinə qarşı qisas planı

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 2 295
Səs ver:
(səs: 0)
37 il evliliyin ardından, Can adlı bir kişi həyat yoldaşı Səmanı öz katibəsiylə aldatdı və boşanmağa qərar verdilər.
Can təcrübəli bir vəkil olduğundan, evi özündə saxlamağı bacardı. Səmanın evdən köçməsi üçün 3 gün vaxt verdi.
İlk gün Səma bütün əşyalarını çamadanlara yerləşdirdi.
Bir sonraki gün daşınma şirkətindən gəldilər və qadının əşyalarını yeni evinə daşıdılar.
Üçüncü gün isə 37 il yaşadığı bir evdə son şam yeməyini yesin deyə özüyçün gözəl bir süfrə açdı. Ətdən, balıqdan dadlı yeməklər bişirdi. Şamları yandırıb həzin musiqi altında sakitcə şam yeməyini yedi.
Yeməyini yedikdən sonra, bir neçə günlük balıq ikralarını bütün otaqdakı pərdələrin ən yuxarı iç qisminə sürtdü. Ertəsi gün evdən köçdü.
Can və katibəsi həmən evə köçdülər. Yeni sevgililər üçün hər şey əla gedirdi.
Ancaq evdən qəribə iylər gəlməyə başladı. Qoxu get gedə daha da dözülməz olurdu. Dərmanlama və təmizlik şirkətinə zəng etdilər, ancaq üfunət iyi heç azalmırdı.
Bir sürə sonra dostları belə onlara gəlməkdən imtina etdi. Xidmətçilər belə evə gəlmək istmərdilər.
Sonunda evdən köçməyə qərar verirlər. Evi satışa çıxardılar ancaq üfunət iyli evin xəbəri hər yerə yayıldığından heç kim evi almaq istəmirdi. Yeni evə koçmək üçün, Can və sevgilisi bankdan külli miqdarda kredit götürməyə məcbur oldular.
Can son olaraq eks həyat yoldaşı Səmaya zəng etdi. Olan bitəni danışdı. Səma da köhnə evi üçün çox darıxdığını və əgər qəbul edərsə evi almaq istədiyini söylədi.
Beləcə Səma evi dəyərindən 10 qat aşağı qiymətə aldı.
Bir həftə sonra Can və katibəsi sevincək evdən köçdülər. Can keçmiş həyat yoldaşına evi sataraq çox böyük qazanc əldə etdiyini düşünür.
Evdən son daşınan şey isə pərdələr oldu.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 295
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri