Aydınlıq nədir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 794
Səs ver:
(səs: 0)
Bir müdrik çöldə şagirdləriylə oturarkən soruşmuş:

Gecə ilə gündüzü, zülmət ilə aydınlığı necə ayırd edərsiniz?

Tam olaraq nə vaxt qaranlıq, nə zaman işıq başlayır?

Tələbələrdən biri:

Uzaqdakı sürüyə baxaram, qoyunu keçidən ayırmadığım zaman axşam olmuş deməkdir, - deyə cavab verib.

Başqa bir şagird söz almış:

Əncir ağacını zeytun ağacından ayırdığım zaman, anlayıram ki, səhər başlayıb.

Müdrik uzun zaman susmuş tələbələr onun nə düşündüyünü soruşublar.
Müdrik demiş:

Gedərkən qarşıma bir qadın çıxanda, gözəlmi, çirkinmi, ağ, yoxsa qara - deyə ayırmadan ona bacım deyirəmsə və yenə gedərkən önümə çıxan kişini, zəngin və yoxsulmu deyə baxmadan kişini qardaşım sayıramsa anlayıram ki; Səhər olmuşdur, aydınlıq başlamışdır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 794
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri