Çox təsirli bir yazı oxuyun!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 604
Səs ver:
(səs: 0)
Ağıl xəstəxanasının həyətində siqaret çəkirdim. Marağımdan güman edirəm, bir şəkildə orada tapdım özümü.

Öz halında, olduqca normal davranan, üz cizgilərindən qırx yaşı olduğunu düşündüyüm bir adamla göz gözə gəldik.

Mən bir neçə dəfə başımı çevirsəm də, o gözlərini üstümdən heç çəkmədi.

Paltarlarından başa düşdüyüm kimi qonaqdı orada, xəstə deməyə dilim varmır ki, indi.

Əvvəl bir az qorxdum, sonra cəsarətimi toplayıb kiçik addımlarla yaxınlaşdım yanına. "Siqaretin varmı" - deyə soruşdu.

Siqareti uzadarkən "nə üçün buradasınız"? Demiş oldum. Papirosunu yandırdı, yenidən gözlərini dikdi üzərimə. Qırpmırdı belə, qorxmadım desəm yalan olar.

"Salamat qalın" diləyərək uzaqlaşmağa qərar verdim. "Bəlkədə səhv bir sual vermişəm.Bəlkə canını sıxmışam, ya da nə bilim adam dəlidir onsuzda"! Deyə keçirdim içimdən.

"Sən niyə burada deyilsən"? Deyə çığırdı, arxamdan. Elə bağırdı ki, arxaya qayıtmağa qorxdum. Dəliliklə bağırır kimi

Döndüm üzümü, olduğum yerdə, yaxınlaşmadan baxdım üzünə.

Bu dəfə səsini daha da yüksəldərək, təkrar etdi; "Sən niyə burada deyilsən?

Bu riyakarlığın, bu vicdansızın, bir çox xəyanətin içində dayanmağı necə bacarırsan?

Uşaqların vurulduğu, çiçəklərin qoparıldığı, sevgilərin xərcləndiyi, ümidin tükəndiyi, rəngsiz, süni bir dünya var çöldə.

Uyğun gəlmədən, uyğun gələ bilmədiyim, gurultusundan yata bilmədiyim. Çirkli, təkəbbürlü, kobud bir dünya var.

Maraqları uğrunda səni cib bıçağıyla son model araba cızırmış kimi cızıq edəcək minlərlə insan var.

Qanını soracaq bir sürü vampir. Sənə istifadə edilib küncə atılmış murdar bir dəsmal kimi hiss etdirəcək bir sürü qatil. Sən niyə burada deyilsən"?

Dəlilər mi yatmalı ağıl Xəstəxanasında yoxsa onları dəli edənlər mi?
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 604
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri