Qartal və toyuğun hekayəsi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 5 238
Səs ver:
(səs: 0)
Bir rəvayətə görə; Dörd toyuq bir qartal yuvasına gedib bir yumurta oğurladılar.

Yumurtanı yuvaya gətirəndə, başqa toyuqlar gördükləri bu yumurtanın çox böyük bir toyuğa məxsus olduğunu düşündülər.

Zaman keçdi, yumurtanı gətirənlər də unutdu, onlar da bu yumurtanın böyük bir toyuğa məxsus olduğunu inandılar. Bir ana toyuq yetim yumurtaya, kürt yatmağa başladı. Qısa bir zaman sonra yumurta yetişdi.

İçindən qapqara qanadlı, maraqlı dimdikli qəribə bir toyuq çıxdı. Hər Kəs xoşbəxt idi, beləsini ilk dəfə görmüşdülər.

Ana toyuq, dərslər verməyə başladı balasına: "Bax yavrum, yerdən tapdığın böcəyi belə ye! Arpa buğda belə ye".

Ana toyuq hər keçən gün yeni şeylər öyrədirdi balasına. Böyük toyuq anasının hər dediyini edirdi.

Təhlükələrə qarşı necə davranılacağını da öyrətdi anası: "Bax düşünürdü ki, əgər pişik buradan gələrsə əks istiqamətə doğru qaç, buradan gələrsə buraya qaç"

Böyük toyuq böyüdükcə gözəlləşirdi. Olduqca uzun qanadları vardı. Ara sıra digərləri onun qanadlarına baxmaq üçün gəlirdilər.

Bir gün ana toyuq balasına havadan gələn təhlükələrə qarşı özünü necə müdafiə edəcəyini danışarkən böyük toyuğun gözü, göy üzündən süzülərək qorxunc bir möhtəşəmliklə keçid edən başqa bir canlıya ilişdi.

- Ana, bu nə?- Dedi ki, böyük toyuq.

- O qartaldır balam, quşların padşahı.
- Nə də gözəl uçur!
-Bəli balam! Amma sən heç ona bənzəməyə qalxma. Heç vaxt onun kimi olma, Sən bir toyuqsan. Səndən əvvəl atan, baban, əmin hamısı ona bənzəmək istədi amma heç biri onun kimi uçmadı. SƏN BİR TOYUQSAN VƏ BİR TOYUQ KİMİ YAŞAMALISAN.

O gündən sonra böyük toyuq, ömrü boyu arxa bağçada qartalın ehtişamlı keçidini tutub iç çəkdi və hər dəfə "kaş məndə bir qartal olub uça biləydim" - dedi.

Yenə bir gün qara qanadlı böyük toyuq əzəmətli qartalı izləyərkən ölüb. getdi Onu bir toyuq kimi dəfn etdilər; Ki, həqiqətdə ölən bir qartal idi.

Bir qartal kimi doğulub, bir toyuq kimi yaşayan və qartallara bənzəmək istəyib sonunda bir toyuq kimi ölən minlərlə qartal var. Hazırda öz gücünün fərqinə varmayan, milyonlarla, hətta milyardlarla insan var yer üzündə.

Heç bir Şey Göründüyü Kimi Deyil
Heç bir Şey qeyd Edildiyi Kimi Deyil
Hər Eşitdiyinə İnanma.
Gələcəyini Formalaşdıran Dünəninin hadisəsi Deyil, Yarının Xəyal.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 238
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri