Səni düşünmədən keçmir saatım
Səninlə baglıdır mənim hər anım,
Hələ dilimdədir bax sənin adın,
Unutdun sən məni,mən unutmadım.
Dedin gələcəksən yaz səhərində,
Qaranquş qayıdıb qapım döyəndə,
Qayıtdı qaranquş,sən qayıtmadın,
Unutdun sən məni,mən unutmadım.
0nlu düşüncələr,birde həsrətim,
Yuxumu ərşə çəkir yenə bu gecə,
Tanrımın yazdığı tale qismətim,
Royamı əlimdən alır bu gecə.
Kül oldum bu eşqin alovunda mən,
İsti hərarətdən ürəyim yandi,
Göz yaşı tökdürüb zülm etsəndə sən,
Hər gecə bu qəlbim tək səni andı.
Bu gecə fikrindən yata bilmədim,
Yar,səni düşündüm,yar,səni andım,
Gah səni qınadim,gahda özümü,
Alışdım kərəm tək odlara yandım.
Çıxmayır başımdan fikrin,xəyalın
Gecə də,gündüz də,yar səninləyəm,
Məni qınamasın dostlar,tanışlar,
Etsən də dünyamı dar səninləyəm.
Nə olar qınama,sevgilim məni,
Gecələr yatmayıb anıram səni,
Hər zaman bir fikir yorur beynimi,
Görən bağışlarmı yarım səhvimi?
Redakte etdi: PRETTY GİRL