Hər işdə bir xeyir var!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 3 724
Səs ver:
(səs: 0)
Afrikanın uzaq bir ölkəsində höküm sürən bir kral vardı. Kralın uşaqlıqdan birlikdə böyüdüyü heç yanından ayırmadığı bir dostu vardı. Bu dostu yaxşı və pis hər hadisəyə eyni şeyi söyləyərdi:

- Bu işdə bir xeyir var!
Bir gün kralla dostu ova çıxdılar. Kralın dostu tüfəngləri doldurur, kral da atəş açırdı. Dostu tüfəngi doldurarkən bir xəta etdi və kral atəş açarkən başbarmağı qopdu. Kral ağrı içində qıvrılarkən dostu yenə dedi:
-Hər şeydə, bundada bir xeyir var!
Kral hirslənərək bağırdı:
- Bunda xeyir filan yoxdur! Görmürsən başbarmağım qopub?
Dostuna çox hirsləndi və onu zindana atdırdı. Bir il sonra kral uzaq bir diyara adamları ilə ova çıxdı. Ov etdikləri bölgədə adamyeyənlərin qəbiləsi vardı. Kralı və adamlarını ələ keçirdilər və kəndlərinə götürdülər.
Kəndin meydanındakı dirəyə bağladılar, yandırmaq üçün odun yığdılar. Bu əsnada kralın başbarmağının olmadığını fərq etdilər. Bu qəbilə insanları, bədəninin hansısa bir üzvü olmayan insanı yediklərində başlarına çox pis hadisələrin gəldiyinə inanardılar. Bu səbəblə də kralı sərbəst buraxdılar. Digər adamları isə yandırıb yedilər.
Kral sarayına döndüyündə qopmuş barmağı sayəsində qurtulduğunu anladı. Dostu haqlı çıxmışdı. Dərhal peşmanlıqla dostunu atdığı zindana yollandı. Dostunu zindandan çıxartdı və olan bitənləri ona danışdı.
- Haqlı imişsən dostum! Barmağımın qopmasında belə bir xeyir varmış. Səni zindana atdığım üşün üzr istəyirəm. Etdiyim çox haqsız və pis bir şey idi.
-Xeyir, məni zindana atmağınızda da bir xeyir var!
- Dəli olmusan? Səni bir il boyunca zindanda saxlamağımın hansı xeyir tərəfi ola bilərki?
- Düşünsənə, zindanda olmayıb da səninlə birlikdə ovda olsaydım nə olacaqdı...

Nəticə- Həyat axarkən, yaxşı və pis birçox şeylər gələr başınıza. Həyat o an göstərməsə də xeyrini, başınıza bir çox sıxıntılar gəlsə də, sonra anlayarsınız ki, hər şeydə mütləq bir xeyir vardır! Səbrli olun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 724
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri