Çılğınlıq və eşq

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 202
Səs ver:
(səs: 1)
Bu bir nağıldır; Uzun illər öncə, dünya yaranmamış, insanlar dünyaya ayaq basmamışkən, yaxşı xasiyyətlər və pis xasiyyətlər nə edəcəklərini bilə bilməz halda gəzirlərmiş. Bir gün toplaşıblar və həmişəkindən daha çox canları darıxan halda otururkən;

SAFLIQ ortaya bir ideya atıb;
"Niyə gizlənpaç oynamırıq"?

Hamısı bu fikri bəyənmiş.

ÇILĞINLIQ bağırmış; "Mən saymaq istəyirəm". Başqa heç kəs ÇILĞINLIĞI axtaracaq qədər ağlını itirmədiyi üçün dərhal qəbul etmişlər.

ÇILĞINLIQ bir ağaca söykənmiş və saymağa başlamış. "Bir, iki, üç" ÇILĞINLIQ sadaladıqca, yaxşı xasiyyətlərlə pis xasiyyətlər saxlanacaq yer axtarmışlar.

"Qırx bir, qırx iki, qırx üç"

ŞƏFQƏT; Ayın buynuzuna asılmış,
XƏYANƏT; Zibil yığınının içinə girmiş,
SEVGİ; Buludların arasına girmiş,
HƏSƏD; Onsuz da oyna qatılmamış,
YALAN; Bir daşın arxasına saxlanacağını deyib ki, ancaq yalan söyləmiş, çünki gölün dibinə saxlanmış,

EHTİRAS; Dünyanın mərkəzinə gedir,
PUL HƏRİSLİYİ; Bir çuvalın içinə girərkən kisəni cırmış.
ÇILĞINLIQ; Saymağa davam edib;

MƏHƏBBƏTDƏN başqa, bütün yaxşı xasiyyətlər və pis xasiyyətlər o ana qədər onsuz da saxlanmış.

MƏHƏBBƏT qərarsız olduğu üçün, hara saxlanacağını da bilmirmiş.

ÇÜNKİ HAMIMIZ EŞQİ GİZLƏTMƏYİN NƏ QƏDƏR ÇƏTİN OLDUĞUNU BİLİRİK.



ÇILĞINLIQ doxsan səkkiz, doxsan doqquzdan sonra yüzə gələndə, MƏHƏBBƏT, sürətlə sıçrayıb güllərin arasına girmiş və saxlanmış.

ÇILĞINLIQ saymağı bitirib axtarmağa başlamış

İlk əvvəl TƏNBƏLLİYİ görmüş, o ayaqda idi. Çünki saxlanacaq enerjisi yoxdur.

Sonra ŞƏFQƏTİ ayın buynuzunda görmüş və XƏYANƏTİ zibillərin arasında,
SEVGİ buludların arsında, YALANI gölün dibində və EHTİRASI da dünyanın mərkəzində.
Hamısını bir-bir tapıb,

Ancaq o qədər axtarmasına baxmayaraq birini tapa bilmirmiş.
Və ÇILĞINLIQ ümidsizliyə qapılmış. Tapmadığı məhəbbət imiş.

HƏSƏD, MƏHƏBBƏT tapılmadığı üçün adına yaraşan bir şəkildə, ÇILĞINLIĞIN qulağına pıçıldamış;

"EŞQ, güllərin dərhal arxasında gizlənmişdi"

ÇILĞINLIQ, uzun müddətdir axtardığı EŞQİ tapmağıma və çox vaxt itirməyin hərisliyilə çəngəl şəklində taxta bir dəyənək alıb və güllərin arasına soxmuşdur, sancmış ta ki, mənəvi əzab verən bir səslənmə onu dayandırana qədər sancmağı davam etdirmiş. Və qışqırıqdan sonra MƏHƏBBƏT, əlləri ilə üzünü örtərək ortaya çıxmış, barmaqlarının arasından qan axırmış.

ÇILĞINLIQ, MƏHƏBBƏTİ tapmaq istəyərkən o hərisliklə MƏHƏBBƏTİN gözlərini çəngəl dəyənək ilə kor edib. Çarəsizlik içindəki ÇILĞINLIQ, "Səni kor etdim. Necə günahımı yuya bilərəm"? Deyə bağırmış.

MƏHƏBBƏT cavab verir:

"Artıq iş işdən keçdi, gözlərimi geri verə bilməzsən. Amma mənim üçün bir şey etmək istəsən, mənim rəhbərim olarsan".

Məhz o gün bu gündür
MƏHƏBBƏTİN GÖZÜ KORDUR
ÇILĞINLIQ DA Onun HƏR ZAMAN RƏHBƏRİDİR
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 202
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri