Uçurum kənarında çiçək

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 691
Səs ver:
(səs: 0)
Ərim bir mühəndis idi. Onunla sakit təbiətini sevdiyim üçün ailə qurmuşdum. Bu sakit adamın sinəsinə başımı qoymaq içimi necə də isidirdi.

Gəl gör ki, iki il nişanlılıq və beş il evlilikdən sonra bu sakitlik məni yormağa başladı. Həyat yoldaşımın bir zamanlar çox sevdiğim- bu xüsusiyyəti artıq məni narahat edirdi.

İş münasibətə gəlincə olduqca səmimi, hətta həddindən artıq həssas bir qadınam. Romantik anlara, kiçik bir uşağın şəkərə düşkünlüyü kimi can atıram. Ailəmizə romantizmin olmaması məni eşqdən almış, uzaqlaşdırmışdı.

Sonda qərarımı ona da açıqladım: Boşanmaq istəyirdim. Təəccübdən gözləri açılaraq "niyə? Deyə soruşdu.

"Həqiqətən müəyyən bir səbəbi yox" dedim, "sadəcə yorulmuşam".

Bütün gecə ağzını bıçaq açmadı. Düşünürdü. Bu halı isə xəyal qırıqlığımı daha da artırmaqdan başqa bir işə yaramırdı: Bax, sıxıntısını çölə vurmaqdan belə aciz bir adamla evliyəm. Ondan nə gözləyə bilərəm ki!

Sonunda soruşdu: "Səni fikrindən daşındırmaq üçün nə edə bilərəm?"

Demək ki deyilənlər doğrudu: İnsanların təbiəti heç vaxt dəyişməz. Son ümid qırıntıları da yox oldu.

"Bax, məsələ tam da bu" - dedim. "Sualının cavabını özün tapıb qəlbimi yola gətirsən qərarımdan imtina edərəm."

"Deyək dağın təpəsində, uçurumun kənarında bir çiçək var. O çiçəyi mənim üçün qoparmaq, yıxılıb bədəninin bütün sümüklərinin qırılmasına, hətta ölümünə səbəb olacaq. Bunu mənim üçün edərsən?"

Üzümə diqqətlə baxdı və "Sənə bunun cavabını sabah verəcəyəm" dedi. Bu cavabla son ümidim də yox oldu.

Ertəsi səhər oyananda evdə yox idi. Boş bir süd şüşəsini mətbəx masasının üstünə qoyub, altına da bir not buraxmışdı.

"Sevgilim deyə başlayırdı, "O çiçəyi sənin üçün qoparmazdım"

Ürəyim yenə sınmışdı. Oxumağa davam etdim.

"Çünki hər zaman etdiyin kimi kompüterin altını üstünə gətirib dağıtdıqdan sonra monitorun önündə ağlayanda, onu təkrar düzeldəbilməm üçün əllərimə ehtiyacım var."

"Açarları hər zaman evdə unutduğunu bildiyimdən, səndən əvvəl evə gəlməm üzrə qaçmağım lazım olduğundan ayaqlarıma ehtiyacım var.

"Avtomobili istifadə etməyi çox sevdiyin halda şəhərdə yolu itirdiyindən, yolu göstərəbilməm üçün gözlərimə ehtiyacım var.

"Evdə qalmağı sevdiyindən, içinə qapalılığını dağıtmaq, can sıxıntısını yüngülləşdirmək üçün sənə zarafatlar edib, hekayələr danışmaq üçün ağzıma ehtiyacım var.

"Səhərdən axşama qədər kompüterə baxmaqdan gözlərinin pozulması labüd olduğundan, qocalanda dırnaqlarını kəsəbilməm, saçlarında görülməsini istəmədiyin ağ telləri sığallamam, pilləkənlərdən aşağı düşəndə əlini tutabilməm, güllərin rənginin - gəncliyində sənin üzünün rəngi kimi olduğunu söyləyəbilməm üçün gözlərimə ehtiyacım var.

"Amma səni məndən daha çox sevən biri varsa, bəli o uçuruma gedib, o çiçəyi sənin üçün qopararam birdənəm."

Baxdım, məktubdakı yazının mürəkkəbləri yer yer dağılırdı.

Göz yaşlarım məktuba düşürdü.

"Məktubu oxudun və ürəyin razı oldusa lüften qapını aç canım. Çox sevdiyin küncütlü çörək və təzə südlə qapıda gözləyirəm."

Qaçaraq qapını açdım. Təşvişli bir üzlə və əllərində bərk-bərk tutduğu küncütlü çörək və südlə qapının ağzındaydı.

Artıq çox yaxşı bilirdim: Məni ondan daha çox heç kəs sevməzdi. O çiçəyi uçurumun kənarında buraxmağa qərar verdim.

BU HƏQİQƏT MƏHƏBBƏTDİ.

İlk illərdəki həyəcanlar içində görməyə alışdığımız məhəbbətin, illər sonra o həyəcanlar yox olanda, ƏMİN-amanlıq və SAKİTLİK içində də həmişə var olmağa davam etdiyini görməyəbilərik.

Halbuki məhəbbət həmişə var. Bəlkə artıq həyəcansız, bəlkə artıq romantik deyil, Bəlkə darıxdırıcı, monoton, hətta bəlkə faizsiz Lakin həmişə oralarda bir yerdədir.

Çiçəklər və romantik dəqiqələr əlaqənin başlanması üçün əlbəttə lazımdır. Bir zaman sonra bunlar getsə də, həqiqi məhəbbətin sütunu əbədi qalar.

Həyat tam da belə bir şeydir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 691
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri