Ağıllı qadına heç vaxt yalan danışmayın!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 001
Səs ver:
(səs: 0)
Bir gün ər evə zəng edib arvadına deyir.

"Əzizim, müdürüm məni şəhər kənarına bir həftəlik balıq tutmağa dəvət edib. Bu, karyeramda yüksəlmək üçün əla şansdı. Ona görə xaiş edirəm mənim əşyalarımı bir çamadana yığ. Balıq tutmaq üçün tilov və qarmaqlar olan qutu da yadından çıxmasın. Göy pijamamı da çamadan yerləşdirməyi unutma canım. Biz artıq ofisdən çıxırıq, mən tez gəlib çamadanı götürüb gedəcəm"

Qadın anlayır ki, burda nəsə şüphəli şey var, ancaq qərar verir ki, ərinə bunu bəlli etdirməsin və onun dediklərini edir.

Bir həftədən sonra əri evə qayıdır və müdürü ilə keçirdiyi bir həftədən, tutduğu balıqlardan ağız dolusu danışır. Qadın ərini bir az da sorğu sual edir ərinin neçə dənə balıq tutduğunu, o balıqlardan hansı yeməkləri bişirdikləri ilə maraqlanar.

Əri bütün sualları cavabladıqdan sonra soruşur: - Bəs sən niyə mənim göy pijamamı çamadan qoymamışdın?
Qadın sakit bir şəkildə cavab verir:
- Pijamaların, qarmaqlar olan qutunun içindəydi.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 001
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri