Qisas mələyi

Müəllif: Love Angel
Şərhlər: 1
Baxılıb: 2 522
Səs ver:
(səs: 0)
-Səninlə hər gün dalaşmağa razıyam.Yetər ki, gecənin bir yarısı zəng edib "barışaq?" Söylə...
Hər kəsin həyatına rəng qatan biri vardır əlbət. O səssizcə həyatına daxil olar və zamanla həyatının bir parçasına çevrilər. Onunla ayrı qaldığın dəqiqələr belə heç bitməyəcəkmiş kimi gələr .Və sonra anlayarsan ki, o sənin həyatının bir parçası deyil , artıq o sənin həyatındır. Ramin də həyatıma belə gəlmiş və zamanla məni tam dəyişmişdi.Bəzən düşünürdüm "görəsən ondan əvvəl onsuz həyatı necə yaşamışam?" .Hər dinlədiyim musiqidə sözlər onu xatırladar , bəzən ayrılıq sözünü eşidib kabus yaşamış kimi olardım. Günellə dərsdən çıxıb yaxınlıqdakı parka getmişdik.Gözümü telefondan çəkmir Raminlə mesajlaşırdım.Günel isə görünür mənim bu halımdan sıxılmışdı.Sonda bezib telefonu əlimdən alaraq söndürdü.
-Ver mənə, mesaja cavab yazmalıyam.
-Ramin bəy məndən önəmlidir?
-Ayy, tombikim məndən küsürmüş də.Sən dostların birdənəsisən. -deyib yanağından öpmüşdüm.
-Çox üz vurma, telefonu verməyəcəm-onun bu sözünə qaşlarımı çatıb üzümü çevirdim.Iki dost skamyada əyləşib çoxdandır bir-birimizə vaxt edib deyə bilmədiyimiz yeniliklərdən söz açdıq.O üzünü qarşıdakı yaşıllığa dikib sözə başladı.
-Danış.
-Nəyi?
-Hər şeyi , Rufa.
Günel Raminlə olan münasibətimizi az-çox bilirdi.Amma Ramindən razı qalmamışdı.O hələ də mənim Ramini sevdiyimə inanmaq istəmirdi. Hər şeyi ona danışıb bitirdikdən sonra bir anlıq sükut çökdü.Və o sözə başladı.
-Rufa, bu sənə çətin olacaq.Bir daha Yaxşı düşün .
-Bilirəm Günü, bizim üçün əngəl çoxdur.Ən azından yaş fərqimiz.Amma mən onunla xoşbəxtəm.Mənə onunla hər şey gözəldir.
Sanki Günel baş verəcəkləri məndən əvvəl bilirdi.Bəzi yerlərdə onun təcrübəsi işə yaramışdı.
-Rufa, mən sənə qarışa bilmərəm.Xoşbəxtliyini istəyərəm. Amma Ramin..Sən ona görə bütün xəyallarının, gələcəyinin üstünə xətt çəkirsən.Və bu onun üçün çox böyük fədakarlıqdır.Təki buna layiq ola bilsin.
Günelin sözləri mənə təsir etmişdi.Yəni Raminə dəyərdi? Onun üçün həyatımı 180 dərəcə dəyişməyə? O mənim üçün nə etmişdi? Yaxud da nələr edəcəkdi? Bu suallarıma cavab tapa bilmirdim. Ramin sevgisinə sahiblənəcək qədər cəsarətlə sevirdimi? Məni yanıltmaz deyə düşünmüşdüm. Raminin düşüncələrini oxuya bilməzdim , əlbət. Sonumuzdan xəbərsiz bir-birimizə ümidlər verib , xəyallar qurmuşduq. Aradakı əngəlləri görə bilməyəcək qədər kor olmuşduq. Bəlkə də görürdük , amma bu gün üçün yaşamağı seçmişdik.
Günellə bir az daha gəzib hazırlığa getdik.Bizim bəzi hazırlıqlarımız eyni idi.Bayaqdan telefonumun sönük olması siqnalı beynimə indi çatırdı. Raminin artıq əsəbdən məni parçalayacaq halda olduğuna , şübhəsiz, əmin idim.O zənglərini açmamağıma, mesajlarını cavabsız qoymağıma əsəbiləşərdi. Telefonu açıb ondan saysız hesabsız zənglər və mesajlar görmüşdüm. Nömrəsini yığıb telefonu qulağıma qoydum.Sanki zəngimi gözləyirmiş kimi 2-ci siqnalda açdı.
-Alo, Ra..
Sözümü tamamlamış əsəbi tonla
-Bu zibil nə üçündür? Niyə sönüb? Harda idin?!...
20 dəq danışdıqdan sonra ..
-Yaxşı birdənəm , sağ ol.
-Öpdüm. Bu da söhbətimizin sonu.Yəqin sizlərə maraqlı gəldi onu necə sakitləşdirdiyim. Amma izaha ehtiyac yoxdur bunu sevənlər anlayar
Axşam dərslər bitdikdən sonra yenə telefonu əlimə alıb Raminə yazmaq istəyirdim ki, Ramindən gələn
-"Sizə gəlirəm."-mesajı məni təşvişə saldı. Mesaj 2 dəq əvvəl göndərilmişdi. Otağımda sevincdən o tərəf- bu tərəfə 4 kruq vurub güzgünün qarşısında bir an dayandım. Əynimdəki ev pijamasını və dağınıq halda olan topuzumu görüncə
-Hiii, mən nə gündəyəm!!
10 dəqiqə sonra.Güzgüdə Saçlarıma son dəfə diqqət yetirib hazırlığımı tamamladım.Üstümdə dar cins şalvar və üzərində qara bluz. Və gözlərimə az-maz qara karandaş və tuj çəkmişdim. Saçlarım isə açıq öz halında idi. Onun saçlarıma heyran olduğunu bildiyim üçün açıq saxlamışdım.Qapının döyülməyindən onun gəldiyini hiss edib zala düşdüm. Hər kəslə bir-bir salamlaşıb, görüşdükdən sonra mən də ona əlimi uzatdım, amma o bununla kifayətlənməyib məni özünə çəkərək yanağımdan öpdü.Ətri hələ də burnumdadır.
Ürəyimdə "kobud!" Ləqəbini ona çoxdan yapışdırmışdım artıq.
Ramin yenə atamgillə söhbət edir və yenə çay süzmək işi mənə qalmışdı. Çayları süzüb gətirdikdən sonra mən də onlarla əyləşdim.Ramin bilmirdi necə otursun ki , həm məni görə bilsin həm də evdəkilər bunu hiss etməsin.Mənsə onun bu halına gizlincə gülürdüm. Sonda safeye keçib yerimi rahatladım.Onun telefonu əlində idi, cibimdə vibrasiya edən telefonu cibimdən çıxarıb ondan gələn mesajlara baxırdım.Digərlərinin televizora başları qarışdığından
Bir evin içində ola-ola vatsapda danışan iki dəlidən xəbərləri yox idi.
-"Çox gözəlsən."
-"Bilirəm."
-"Bu tərəfə keç səni görüm dəəə("
-"Yuxunda "
-"Rufa bəsdir.Onsuz sənə görə gəlirəm hər gün.Axırda dayım qovacaq"
-"Pis fikir deyil"
-"çay gətir mənə, kişiyə qulluq lazımdır"
-"yavaş ol boğazında qalar"
-"Çay dedim"
-"yuxunda dedim"
-"xəbərin var ? Bayaqdan mesajlaşdıqca üzün min ifadə alıb. Hamı sənə baxır"
-"hii! Yazma mənə.Biabır oldum. Öküz!"
Başımı qaldırıb şübhəli halda mənə baxan ailə üzvlərinə zilləndim.
-Şeyyy, Günel idi-deyib suni gülümsəmə ilə onlara baxdıqdan sonra Raminə göz süzdürdüm. O telefonu stolun altında tutduğu üçün heç kəs hiss etmirdi. Bir az sonra yenə hər kəsin başı söhbətə qarışmışdı. Ramini izləməkdən və xəyallardan ayrılıb söhbətin məğzini tutmağa çalışırdım və birdən "daaannnq" .Ruslanın səsi idi bu deyəsən.
-Ramin, bilirsən bu proqramda çoxlu qızlar olur. Istədiyini seçib danışa bilərsən.Sənə açdığımın parolun yadında saxla, yaxşı?
-Nə gözəl proqram imiş bu belə-
Deyib Ramin bic-bic gülərək mənə zilləndi.Nəə? Proqram? Qızlar ? Ramin ? Qarşımdakı bakaldakı suyu başıma çəkdim.
-Aaa, bu nə gözəl qızdır , buna yazacam
Raminin səsini eşidib içdiyim su boğazımda qaldı və öskürməyə başladım.
-Sənə nə oldu Rufa? Deyib Ramin altdan-altdan gülürdü.Başımı qaldırıb suni gülümsəmə ilə "Heç nə" deyib qarşılıq verdim.Əlimdə sıxdığım bakaldan hələ ki xəbərim yox idi.
-Bakal nə günah işləyib , Rufa -deyib Ruslan təəccüblü baxışlarla mənə baxırdı.
-Hə? Bakal? Deyəsən bayaqdan gəbərtdiyim bakalı indi boşlamağa müvəffəq olmuşdum.Hələ Raminin bu özündən razı gülüşlərini demirəm. Bir az sonra "mən gedim, artıq gecdir" deyib Ramin masadan qalxdı.Sağollaşıb qapıdan çıxmışdı ki ,yenə vibrasiyada olan mesaj.
-"Bilmirəm nə bəhanə uydurursan uydur, özünü balkona çatdır.Yoxsa Rufa , səni sevirəm deyib qışqıracam"
Allahım bu dəli olub.Indi mən nə edəcəm deyib tez bir şey fikirləşməli idim.Aha! Tapdım.
-Ana , balkondan pişik səsi gəlir.Bir baxım.Deyəsən açıq unutmuşuq qapını.
Deyib balkona çıxdım. Həyətdən durub gözlərini balkona zilləyən Ramini görəndə bayaqkı qız söhbəti yadıma düşdü. Amma hələ onun vaxtı var deyib Ramini evə getməyə razı salmalı idim.

-Piş, pişik get burdan -deyib əlimlə Raminə işarə edirdim.O isə bu vəziyyətimə gülüb heç də duruşunu pozmurdu. Bu dəqiqə biri görəcək deyib təlaşa düşmüşdüm.
-Rufa!
Və budur arxadan gələn Ruslanın səsi gözlərimi yumub "Fatihə"mi oxumağıma səbəb olmuşdu.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 522
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri