Həyatin dibindəki Qadin

Şərhlər: 9
Baxılıb: 324
Səs ver:
(səs: 0)
Bir qurtum su içib, sözə başladı:
– Doğulduğum rayonun möhtəşəm gözəllikləri var, təbiəti gözəldir. Ancaq orada yaşadığım həyat iyrəncliklərlə dolu oldu. Bizdə qurbanı günahkar çıxarmaq psixologiyası geniş vüsət alıb axı…
Danışsam günahkar olacağımı bilirəm…
Uşaqlarını cinsi istismara məruz qoyanlar elə valideynlərdi. Övladlar arasındakı münasibətə nəzər salmayan valideynlər…
Birbaşa deyim? – Öz doğma qardaşım mənə təcavüz edib. Bunu anama dedim, müqqəsir də özüm oldum. İnanmadı, ağladım, and içdim fəqət mənə yox, qardaşıma inandı. Çünki o, öz işini yaxşı bilirdi. Hər kəsi özünə inandırmaq bacarığı güclü idi. Hər günüm hədə-qorxu ilə keçdi. Etdiyi iyrəncliklər yığılıb mənlə bir böyüdü…
On yaşında bir qızcığazın duası nə olar sizcə? Mənim dualarım da iyrənc idi – Allahım, nə olar qardaşım gecə mənə toxunmasın, mənim süd vəzilərim çürüsün…
Bu bilirsiz nə qədər ağrılıdı?
O hər dəfə iyrəncliyini mənim üzərimdə sınaqdan keçirəndə, mən gözümü göyə zilləyib- Səni bağışlamayacağam ,Allah.. – deyirdim.
Bu minvalla, müsibətli günlərlə, iyrənc saatlar, dəqiqələr, hətta saniyyələrlə on səkkiz yaşımı tamam etdim. Artıq hər şey dözülməz hal almışdı. Mənə elçi göndərən ilk adama, hə- dedim. Bir il sonra, çıxdım ata evimdən, o “xarabadan”.
Azadlıq!
Gecələr yuxudan dik atılıb oyanırdım. O mənə yuxularımda da təcavüz edirdi. Doğrusu yarımtəcavüz edib, o mazağist idi. Bunu çox sonralar anladım.
Bir il sonra, bir oğlum oldu və mənim qabağıma qoyduğum məqsəd oğlumu tərbiyəli böyütməkdi. Bir gün ərimin mənə xəyanətini öyrəndim. Eyb etməz, nə edim? Mən nələr yaşamamışam? Bu da keçər – dedim, öz-özümə.
Oğluma baxa bilmədiyimçün anamgildə qalmalı oldum. Bir az naxoşlamışdım. Qardaşımdan bir ildir uzaq olduğumu düşünərək, namussuzluğundan əl çəkdiyini zənn edirdim. Gecə yaxınlaşdı, “əgər səsini çıxarsan, oğlunu boğub öldürəcəm” – dedi, qorxumdan susdum. İçim yanırdı, elə ah çəkdim ki… Nəysə…
Səhəri bir bəhanə tapıb ər evinə qayıtmaq istəyəndə, qardaşım, kinayəli gülüşlərlə “hələ dünən gəlmişdin, bəlkə bir azda qalardın bacı”- dedi. Allah mənim ağrımı hiss etmədimi? Bir də, orda qalmağa tövbə etdim.
Yoldaşımın da vecinə deliydik. Evə qayıtmağıma qaş-qabaq salladı, sifət elədi.. Belə çarəsizliyi düşmənimə də arzulamıram.
Haqq-ədalət yerini tapır, sadəcə səbr etmək lazımdı. Məcburən səbr etdim. Fəqət həyatımı, uşaqlığımı, gəncliyimi itirdim…

Və…günün birində sevə biləcəyim, dəli kimi aşiq olacağım biri çıxdı qarşıma. Gec deyildimi? Çox gec idi.
Xəyanətmi idi? – əlbətdə. Amma bu dəfə ürəyimin səsinə qulaq asmalı idim.
Həyatımın qaranlıqlarını aydınladan, biri çıxmışdı qarşıma. İlk dəfə idi vurulmuşdum, ilk dəfə idi sevirdim. Yenə də yaşaya bilmədiklərimi yaşamaq ümidi ilə bağlandım, sevdim onu. Həyat mənə ikinci şansı verdi. Bu həqiqətən şans idi? Bəlkə də həyatın mənə verdiyi bu yeni bir bəla idi amma yenə də, qəbul etdim. Bir qadın nə qədər acı çəkərmiş İlahi. Sevgim dərd oldu, keçmişim dərd oldu. Ağrıların qadınına çevrildim. Vicdan əzabı və sevdiyimin qısqanclığı… Qadınları keçmişi ilə sevin cənablar!
Bir gün adam mənə dedi ki, -“Böyük adamları cılız adamlar tükədər”. Quş yüngüllüyü qondu ağır çiyinlərimə, yaşamağa həvəsim artdı. Düşündüm ki, məni tükədən cılız bir məxluqat imiş və innən belə yanımda mərd biri dayanacaq. Dayandımı? Dayandı.
İnsan zaman-zaman boyunu aşan günahlar edir. Artıq həyatın hər üzünü görmüşəm ən böyük günahım səmimiyyətim olub və səmimiyyətimdən yararlanan “kişiciklər” saflığımdan istifadə ediblər.
Bəlkə də, keçmişimi silə bilməməyimin acısını öz həyatımdan aldım. Çarəsizlikdənmi? Mən yaşadıqlarımdan sonra elə bir yerin sonuna çatdım ki, tamamən hər şeyin bitdiyi yerə. Amma hər nə yaşadımsa da, yaşadıqsa da, bir-birimizdən qopmadıq. Sevdiyimi Allahsız möhtəşəmliyi ilə sevməyə başladım.
Və “O”, yəni doğma “qardaşım”. O necə oldu, ona nə oldu bilmək istəyirsinizmi? Demişdim axı, səbr edəndə haqq-ədalət yerini tapır. Öz iyrənc əməllərinin içində boğuldu, it kimi gəbərdi, yəni öldü! Çox şükür.
Allahı da, bağışlamayacam. Əgər bir gün haqq-hesab soruşulacaqsa mən də hesab soracam. Çünki mən, “taleyinə günahdan ləkə düşmüş qadınam”, – dedi və söhbət boyu gözündə var-gəl edən yaş tumurcuğu, yanağından axıb, düşdü ovcuna.

Əfsanə Rəvan

(səs: 0)
Şərhlər: 9
Baxılıb: 324
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
LuNa
Ama men stiuasiyanı tam feriqli düşünürem , ilik defe qızın on yaşı olubdu başa düşmek olar uşaq olub qoruxub anası inanmayıb gücsüz olub , aile qurub uşağı ücün susdu kimseye de bir söz demedi , gedib vererdin polise canın qurtarardı da şerefsizden . Demeli qadının başına ne iş gelse susmalıdır ki , xata olub qadın doğulubdu . Yaxşı, yoldaşın pis idi sizle maraqlanmırdı deye heyatı menasızda yaşamaq olmaz , boşan özüne yeni iş tap yeni heyat qur day boşan öz yaralarını sarımadan başqasından yapış olmayardı yaxşı biri olardı qardaşından beter , neyneyeceydin heyatı ömrünün sonuna kimi cukurda yaşayacaqdın . İnsan öz gücüne heyata sarılmalıdı başqa birine yıxılaraq yox . Yazı mene tesirli zad gelmedi qızın başına ne gelib öz slabılığından gelibdi , kim olursan ol özünün özüne gücün catmalıdı , başına kendiri kecirsinler onlar hara dese sende onların dediyine mehkum ol .

Bilmirem bu müellifler niye bedbext qadınları hemişe aparıb şirket sahibine ya da baş nazır oğluna zada getirib culayıllar , olmazmı ki qadın öz gücüne karyera sahibi olsun ve her kesden qisasını alsın
21 iyun 2019 01:17
9
Тебя будут осуждать до конца жизни. Поэтому живи как хочешь.✌️
Offline
Love-Girl
Tesirli heyat hekayesi idi. Kaw bu cur hadiseler yawanmasa. Kaw qizlarimiz qadinlarimiz temiz adlariyla bi qeyret kiwiciklerden uzaq rahat temiz heyat sure bilse.
Hekaye maraqli ve bir o qeder tesirli idi canim. Birazda uzun olsaydi daha yaxsi olardi. oxuduqca insan cox tesirlenir ve etrafli oxumaq isteyir.
20 iyun 2019 09:49
8
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Online
Aylin...
Sitat: BARBI
Nece tesirli yazidir.Bele serefsizlere gore aileler mehv olur.Cezalarini it kimi cekerdiler
20 iyun 2019 09:13
7
hh
Offline
Banucicek
Sitat: vipbetul
axirdaki sozu duz deyil

Mencede düz demir axirincu sozu.Allah nece istese hele olur.bizim elimizden gelen hec ne yoxdu.

Sitat: YalniZ-ArZu
Maraqla oxudum. Ne yaziq ki bu cur durumlarda olan qizlarimiz var. Hec kimin inanmayacagini bilirler deye susurlar. Allah uzaq elesin bele eclafliqlari.
Hekaye ucun tesekkurler can.

Amin dua
20 iyun 2019 08:25
6
Offline
❤Ə❤CANAN❤G❤
Serhler ucun sagolun..bu hekayeni ilk ozum oxuyanda cox pis oldum..Tesirli bir hekayedir..Tsk Senede Efsane Revan
20 iyun 2019 00:46
5
canan qizim sirin seker qizim.
Offline
YalniZ-ArZu
Maraqla oxudum. Ne yaziq ki bu cur durumlarda olan qizlarimiz var. Hec kimin inanmayacagini bilirler deye susurlar. Allah uzaq elesin bele eclafliqlari.
Hekaye ucun tesekkurler can.
19 iyun 2019 22:21
4
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
BARBI
Nece tesirli yazidir.Bele serefsizlere gore aileler mehv olur.Cezalarini it kimi cekerdiler
19 iyun 2019 16:00
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
vipbetul
axirdaki sozu duz deyil
19 iyun 2019 12:49
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
diablo
Nə aci taleyi varmış qadinin allah özü elə alçaqlardan qorusun hekayə maraqlı və olduqca təsirli idi təşəkkür can
19 iyun 2019 10:07
1
Perfect

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri