Yaxşılıq dövr etsin

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 500
Səs ver:
(səs: 1)
Bir gün bir cavan oğlan maşınıyla gedərkən yol kənarında bir yaşlı qadın görür. Bəlli idi ki, qadının Mersedes markalı maşını xarab olub və ona kömək lazımdır. Oğlan öz köhnə maşınını Mersedesin yanında saxlayır və qadına köməyini təklif edir.
Qadın öz narahatlığını təbəssümlə gizlətməyə çalışır. Ötən 2 saat ərzində heç kim ona kömək etməyi təklif etməmişdi. "Bəs o? O özü də kasıb birinə bənzəyir, görəsən təhlükəli deyilki?" deyə düşünürdü.
Gənc adam qadının üzündəki narahatlığı sezdi. O insanların üzündəki qorxunu çox yaxşı ayırd edə bilirdi.
-Niyə siz maşına əyləşmirsiz? Maşin istidir, üşüməzsiniz. Bu arada mənim adım Brayandır.

Maşının sadəcə təkəri boşalmışdı və bu təbii ki yaşlı qadın üçün çox böyük problem idi. Brayan tezliklə maşının təkərini dəyişdi. Əlləri cox çirklənmiş və yaralanmışdı.
İşin bitəcəyini görən qadın, maşının pəncərəsindən Brayanla söhbət etməyə başladı. Sent Lyuisdə anadan olduğunu və buralıqda bu qədər ləngimək planı olmadığını söylədi. Qadın səmimi qəlbdən ona necə təşəkkür edəcəyini bilmədiyini də dedi.

Brayan cavab olaraq sadəcə gülümsündü. Onda qadın nə qədər pul verəcəyini soruşdu.
Cavan öoğlan bir saniyə belə tərəddüd etmədən puldan imtina etdi. Brayan qadına əgər ona doğrudan da minnətdarlıq etmək istəyirsə, hansısa çox ehtiyacı olan birinə yardım etməsini xaiş etdi. "Bu zaman məni xatırlayın"
Beləcə sağollaşıb ayrıldılar. Brayan üzündə xoş bir təbəssümlə maşınla uzaqlaşan qadının arxasıyca baxdı, öz köhnə maşınını işə salıb işlərinin arxasıyca getdi.
Bir neçə mil gedəndən sonra qadın bir köhnə kafenin yanında maşını saxladı. İçəridə çox da xoş görüntü yox idi. Köhnə stol stullar, ümumi abu hava qadının xoşuna gəlmədi. Ancaq bu qarışıqlıqda bir ofisiant qız seçilirdi. Yaşlı qadın dərhal onun təbəssümünü gördü. O təbəssüm ki, onun arxasında adətən narahatlıq və ağrı acını gizlədirlər. Qadın düşündü ki bir neçə dəqiqə əvvəl eyni bu cür təbəssüm onun da üzündə var idi. Gənc qız durmadan işləyirdi, önlüyü ilə alnının tərini silirdi. Ətrafdakı masaların üstünə baxıb bu qədər işin öhdəsindən necə gələcəyi barədə düşünürdü. Ancaq yenə də üzündəki təbəssüm əksik olmurdu. Qadın təcrübəli baxışları ilə afisiant qızın hardasa 7 aylıq hamilə olduğunu gördü. Ağlından bir fikir keçdi "Necə olurki, insan bu qədər az şeyə sahib ikən, ətrafa bu qədər pozitiv əhval saça bilir?" Qadının gözləri önünə Brayanın siması gəlir.

Yeməyini bitirəndən sonra, qadın masaya 100 dollarlıq əskinaz qoyur və kafeni tərk edir.
Ofisiant qız masaya yaxınlaşır pulu görüb qadına qaytarsın deyə arxasıyca çıxmaq istəyərkən gözü salfetka üzərində yazılanlara sataşır.
"Sən mənə heçnə borclu deyilsən. Bir gün mənə də bir nəfər təmənnasız kömək etdi. Məndə sənə ona görə kömək edirəm. Əgər mənə təşəkkür etmək istəyirsənsə çalış ki, bu yaxşılıq və mehribanlıq dövriyyəsi hər zaman davam etsin" Salfetkanın altında daha 400 dollar da var idi. Qadının bu yaxşılığından qanadlanan qız tez bir zaman da cirkli qablarla və masalarla başardı.
Evə gəlib "bu qadın hardan bilirdi ki mənim bu pullara çox ehtiyacim var" deyə düşünürdü. Yatağa girib həyat yoldaşını qucaqladı. Həyat yoldaşı da özü kimi gələcək körpənin ehtiyacını ödəmək üçün zəhmətlə çalışırdı. Yoldaşını öpərək onun qulağına pıçıldadı "Hər şey yaxşı olacaQ. Mən səni sevirəm Brayan"
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 500
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri