Təkəbbürlü padşahın hidayəti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 416
Səs ver:
(səs: 1)
Nəql edirlər ki, Misirdə bir padşah vardı ki, çox təkəbbürlü və sərt, hətta əzazil idi. Bir gün bir dəstə tacir onun yanına gedir. Təzim etdikdən sonra padşaha deyirlər ki, onların bütün malını bu diyarda olan quldurlar qarət etmişdir. Ondan bu işi araşdırmağı xahiş edirlər. Deyirlər ki, filan yerdə 40-a yaxın qorxmaz insan yaşayır ki, onların rəhbərinin adı Sanuhdur. Onlar bir dəstə qurub, insanların malını qarət edirlər.

Padşah da vəzirini çağırır ki, bir dəstə götürüb bu quldurları dəf etmək üçün getsin.

Vəzir deyir: "Əgər Allah yardım göndərsə, belə edərəm".

Padşah qəzəblənir və deyir: "Məgər səhrada yaşayan iki-üç quldurun nə qüdrəti vardır ki, sən onlara qələbə çalmağı Allaha tapşırırsan?".

Vəzir deyir: "Ey padşah! Qələbə və zəfər ordunun çoxluğu ilə deyildir. Əslində Allahın iradəsi və təqdiri ilədir".

Padşah qəzəblənir və əmr edir ki, vəzirini həbs etsinlər. Sonra deyir ki, mən özüm gedəcəyəm və görəcəyəm ki, Allah mənə necə yardım etmir.

O zaman ki, padşah ordusunun həmin dəstəyə yaxın gətirir, Sanuh öz tərəfdaşlarına deyir ki, əgər bu müharibədə nöqsan etsək, məğlub olacağıq. Yaxşı olar ki, Allahın inayətinə təvəkkül edək. Əgər öləriksə də, təqsirimiz olmaz.

Onlar öz tayfalarından bayıra çıxıb, hücum etdilər. Bu ruhiyyə ilə padşahın ordusunu məğlub etdilər. Padşah bu səhnəni görüb nərə çəkdi ki, insanların malını oğurlamaqdan xəcalət çəkmirsiniz?

Sonra atına minib dağa tərəf çapdı. Orada bir mağara tapıb istiğfar ilə məşğul olmağa başladı.

Dedi: "Allahım, başa düşdüm ki, Sənin yardımın olan zaman şirlərə qalib gəlmək olur!".

O, bu mağarada 40 gün ağlayır və nalə çəkərək tövbə edir. Nəhayət 40-cı günü bir səs eşidir ki, tövbəsinin qəbul olduğunu ona söyləyir.

Padşahın yoxluğunu hiss edən saray əhli ordu toplayıb, onu axtarmaq üçün yola düşür. Bu zaman padşah mağaradan bayıra çıxır və görür ki, saray əhli ordu ilə birlikdə onu axtarır. Padşahı görən saray əhli atlarından yerə düşür və ona xidmət edirlər. Padşah da bu ordunun yardımı ilə Sanuha qalib gəlir.

Elə ki, sarayına qayıdır, taxta çıxıb deyir: Mən indiyə qədər ancaq orduma və xəzinəmə etimad edirdim. Bu yolla imanımı əldən vermişdim. Başıma gələnlər sayəsində hidayət oldum.

Qoy indi insanlar bilsinlər ki, məni Allahpərəstəm, artıq əzazil deyiləm".

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 416
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
kivircik
Allah urekden olunan birce tovbe ile butun gunahlari bagishlayir. Yeter ki,insan haqq yoluna gelsin.Bir soz var ,aciyiram insanlarin haline ,gechimi maashdan shefani ilachdan bilerler. Yeni ne gelirse Allahdan gelir.Elshen xezerin tovbe sheiri var isteyen qulaq assin sozleri mukemmeldir ezber yadimdadi amma yazsam uzun olar,orda ele gozel vesf olunur Allahin yaratdiglari, dinledikce insanin ruhu dincelir.Yaradani inkar edenlere ve nashukur insanlara nifretim sonsuzdur.
30 noyabr 2019 12:23
2
Az shikayet,chox shukur- seni mutluluga goturur!
Offline
BARBI
Her kes Allaha inanmalidir.Inanmasa belasini tapacaqlar
30 noyabr 2019 00:28
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri