“Yaşıl yol”un həqiqi hekayəsi

Şərhlər: 2
Baxılıb: 2 085
Səs ver:
(səs: 0)
George Stinney Jr. ABŞ-da 20-ci əsrdə ölümə məhkum edilən ən gənc insandır. O, 14 yaşındaykən elektrik stuluna bağlanıb edam edildi.

Məhkəmə vaxtı, öldürələcəyi ana qədər əlində İncil saxlayaraq günahsız olduğunu bildirən George Stinney 11 yaşlı Betty və 7 yaşlı Mary adlı qızları öldürməkdə günahlandırılırdı. Səbəb isə hadisə zamanı Stinneyin onların öldürüldüyü evin yaxınlığında olması idi.

Onun məhkəməsindəki bütün jürilər ağdərili idi. Məhkəmə cəmi 2 saat çəkdi və tərəddüdsüz şəkildə cəmi 10 dəqiqə sonra cəza verildi. Ailəsi ilə görüşmək isə daha əvvəl qadağan olunduğundan, o, ölümündən 81 gün öncə ailəsini görə bilmişdi.

Yaşadığı yerdən 80 km uzaqlıqda həyata keçirilən məhkəmədə onu müdafiə etməsi üçün heç bir vəkil təyin olunmadı. Başına 5380 volt elektrik verilən zaman əzablar içərisində dünyasını dəyişdi.

Ölümündən 70 il sonra Cənubi Karolinadaki bir hakim tərəfindən günahsız olduğu sübut olundu. İki qızın öldürüldüyü alət 19.07 kiloqramdan daha ağır idi, buna görə də Stinneyin onu qaldıra bilməsi mümkün deyildi, iki qızı öldürəcək qədər sərt vura biləcək gücü də yox idi. Sadəcə qaradərili olduğu üçün bütün günahlar üzərinə atıldı və daha 14 yaşında ikən həyatı əlindən alındı.

Stephen King Stinneyin hekayəsini eşitdikdən sonra çox təsirlənərək 1996-cı ildə Green Mile (Yaşıl Yol) kitabını yazır, 1999-cu ildə isə hamımızın yaxşı tanıdığı eyniadlı film çəkilir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 085
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri