Payızın ilk ayı...

Müəllif: Aykam2001
Şərhlər: 3
Baxılıb: 484
Səs ver:
(səs: 0)
Səhər tezdən çox soyuq olur, günortaya yaxın isə Günəş hələ havanı qızdırır, hava yaydakına bənzəyir. Uzun və ağır işdən sonra tarlalar istirahət edir. Bağlar isə öz sahiblərinə bolluca məhsul vermişlər. Hər bir şeydə payızın soyuq nəfəsi duyulmaqdadır.
Tutqun göydə getdikcə daha tez-tez buludlar yığışır, narın və zəhlətökən yağış yağmağa başlayır.
Sanki nə haqdasa fikrə gedərək, meşə qəmli və sakit bir halda donub qalmışdır. Tezliklə ağaclar öz gözəl və təmtəraqlı paltarlarından məhrum olaraq, öz budaqlarını soyuq yağış və borana təslim edəcək. Ağcaqayının yarpağı havada yavaş-yavaş fırlanaraq yerə doğru hərəkət edir. Qoca palıd isə, meşənin kənarında həzin bir halda cırıldayaraq, sanki uzunmüddətli qış yuxusu barəsində fikrə getmişdir. Mamır bağlamış çürük kötüyün yaxınlığında isə sıra halında göbələklər düzülmüşdür. Burada onlar saysızhesabsızdır, sanki səbətə yığılmaq üçün can atırlar.
Yerdəki ot artıq saralmış və boynu əyilmişdir, yalnız süpürgə kolunun solğun-qırmızı ulduzları göz oxşayır.
Göyün yüksəkliklərində, durna dəstələri qatar halında vida dairəsi vururlar. Onlar cənuba uçur və qəmli səslərlə qaqqıldaşır və son dəfə xatırladırlar ki, artıq payız gəlmişdir.
Belə bir anda bizim qəlbimizə qəribə bir qəmginlik çökür. Biz qəmlənərək həyatın mənası haqqında və bu qəribə dünyada nəyə görə yaşadığımız barədə düşünürük...♥

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 484
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Love Angel
Heç sevmirəm payız fəslini. Payıza həm də Ayrılıqlar Fəsli deyirlər bildiyim qədəri ilə. Yazı əla idi. Bəyəbdim. Mənalı həm də içdən yazıldığı üçün gözəllik qatıb. Təşəkkürlər.)
24 sentyabr 2019 17:06
3
القلوب التى تغسلها الدموع .. لا يتراكم عليها الصدأ
Offline
aliceWOnDer
Men bir payız qızıyam..
23 sentyabr 2019 02:06
2
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
BARBI
Neyse payizi hec sevmirem.
21 sentyabr 2019 10:25
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri