Ümrə

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 2 579
Səs ver:
(səs: 0)
Bilmirəm siz bu şəklə baxanda nə görürsünüz amma mən atalarına cənnət ətrini hiss etdirən 3 cənnət gülü görürəm. Bəli onlar təkcə mənim bacımın qızları deyillər, həm də mənim cənnət çiçəklərimdilər. Bəs niyə yazının adı Ümrədir? Ümrə bacımın ən kiçik qızıdır. Yəni ailədəki üçüncü qız övlad. Doğulduğu günü xatırlayıram. Bacımın yoldaşı digər iki qızda olduğu kimi böyük bir gül dəstəsi bağlatdırıb gəlmişdi xəstəxanaya. Bunu görən tibb bacısı böyük təəccüblə gülləri işarə edərək "qızdır eee" demişdi. Əslində bir söz deməmişdi ha. Mənə görə bu bir kitablıq yazı idi. Mən də elə bir kitablıq cavab verməyə hazırlaşırdım ki, Ümrənin atası "Şükr" -dedi. Elə bu da oldu bir kitablıq cavab. Sonra gülü verib yoldaşına çatdırmağı xahiş etdi. Elə onda anladım ki, o təkcə gül dəstəsi deyildi. Bacıma yazılmış "gizli məktub" idi.
O məktub deyirdi ki "bağçamızda bir gül daha açdı. Sən o güllərin ən gözəlisən. Soldurmasın sözlər səni. İncitməsin gözlər səni "yenəmi qız" baxışlarıyla. Əgər bezdirsələr suallarıyla qızdır ya oğlan? CANDIR de, ÖVLADDIR de.".
Bacım hərkəsin təəccüblü baxışları altında gül dəstəsin götürəndə keçirdiyi hissləri danışdı. Başa düşdüm ki o da oxuyub o güllərdəki gizli mənanı. İndi Ümrə böyüyüb. 6 yaşı var. Hər cümləsindən bal tökülür. Baxıb baxıb kövrəlirəm. Tələf et demişdilər. Bacıma çox təzyiq göstərmişdilər. Sözlərilə əzmişdilər. Ümrənin əllərini tutanda ətim ürpənir. Görəsən tələf etməyin nə demək olduğunu bilirdilər deyənlər? Bu əlləri hissə-hissə kəsmək idi. Bədənini bölmək idi. Başını ayırmaq idi. Tələf etmək cinayət idi. Cinayət et dedilər bacıma...........................
Bacımın yoldaşı usta işləyir. Bir dəfə yıxıldı nərdivandan. Ayağını əməliyyat etdilər. Yanına gedəndə gördüm qızlarının biri başına sığal çəkir, biri başını sinəsinə qoyub, Ümrə də dizlərindən öpür. ........
ÜMRƏLƏRİ öldürməyin. Onlar öpüşləriylə dizlərinizə qüvvət, əlləriylə başınıza sığal, sevgiləriylə ürəyinizə hüzur verəcəklər. Onlar CANDIR...SEVGİDİR...ÖVLADDIR...QİSMƏTDİR.
ONLARA QIYMAQ CİNAYƏTDİR......

(c) Pedaqoq Lalə Məhərrəmli
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 579
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri