İnsan qəlbi - Qısa hekayə

Müəllif: diablo
Şərhlər: 5
Baxılıb: 1557
Səs ver:
(səs: 0)
Bir gün xasiyyəti çox ağır olan bir gəncin atası oğlunu yanına çağıraraq ona bir kisə mismar verir və tapşırır ki hər dəfə kiminsə xətrinə dəyib incitdikdə bu mismarlardan birini həyətin qapısına çalsın. Birinci gün oglan 30-a qədər mismar işlədir. Get-gedə sebrli və təmkinli olmaga çalişan gənc vurduğu mismarların sayını gündən-günə azaldır. Təmkinini qorumağın mismar vurmaqdan daha asan olduğunu görən oğlan bir neçə həftədən sonra gün ərzində bir dənə də mismar vurmadığını görüb bunu atasına deyir. Ata bu dəfə oğluna hər dəfə yenə də təmkinini qorumağı bacardıgı zaman bu mismarlardan birini çıxarmağı tapşırır.
Bir neçə vaxtdan sonra qapıda mismar qalmır. Ata oglunu həmin taxta qapiya yaxınlaşdıraraq deyir: Oğlum, sən özünü çox yaxşı aparmısan. Lakin görürsən qapıda nə qədər deşik qalıb. Bu deşiklər bir daha heç nə ilə örtülməyəcək. Bax insan qəlbi də bu qapı kimidir. Hər bir deyilmiş acı söz bu qəlbi yaralayır və sən bundan sonra nə qədər də üzr istəsən, konlünü alsan da bu insanın qəlbində də belə yaralar qalır. Odur ki hər bir sözu deməzdən, hər bir hərəkəti etməzdən öncə bunun kimisə yaralaya biləcəyindən ehtiyat et.
Mən sizə yaxınlarinızın, sevdiklərinizin və əlbətdə sizi sevənlərin qəlblərinə ehtiyatla yanaşmağı arzulayıram. Özüm də bu yaxınlarda qəlbinə dəydiyim mənə çox yaxın bir insandan üzr istəyirəm. Qəlbində yaralar qalsa da...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1557
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Miss
Amma ele insanlar var ki bile bile insanin qelbini qirir:(

Amma ele insanlar var ki bile bile insanin qelbini qirir:(

Amma ele insanlar var ki bile bile insanin qelbini qirir:(
25 yanvar 2020 20:41
5
Offline
Senoritta
Çox maraqlıdı..bunu istada paylaşsam olar?
25 yanvar 2020 18:22
4
Offline
AYCA
Qəlb qırmağ ən pis vərdişdi həqiqətən qırılan qəlbin ah naləsi böyükdü
25 yanvar 2020 08:05
3
Online
kivircik
Ehhh ureyimi qiranlar chox olub eslinde,kimi sozle,kimi de hereketile...Bu kelimeler yetmez agrisini,acisini izah etmeye.Amma ah etmirem,olsun biraz daha agillandim.Nece deyerler ushaq yixila yixila boyuyer))Men de qirila qirila oyrendim kimin kim oldugunu.
Hemishe dilimde duadi,Allah qelb qiranlardan elemesin meni!
24 yanvar 2020 22:39
2
Az shikayet,chox shukur- seni mutluluga goturur!
Offline
BARBI
Sevdiklerinizin qelbini qirmayin muteq izi qalar
24 yanvar 2020 21:05
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri