Dərs ala biləcəyiniz qısa hekayələr

Müəllif: my_angel
Şərhlər: 8
Baxılıb: 2754
Səs ver:
(səs: 0)
1. Bir dəfə siçan görür ki, fermer onu tutmaq üçün tələ qurub. O, bu haqda toyuğa, qoyuna və inəyə xəbər verir. Amma onların hamısı cavab verirlər ki, “Tələ -sənin problemindir, bizə onun heç bir aidiyyəti yoxdur!”

Bir az sonra isə tələyə ilan düşür və o fermerin, xanımını sancır. Onu sağaltmağa çalışarkən, fermerin xanımına toyuqdan şorba bişirirlər. Sonra isə xəstəyə baş çəkənlərin hamısına yemək çatsın deyə, qoyunu kəsmək vaxtı çatır. Lakin sağaltmaq olmur və dəfnetmə mərasimində bütün qonaqları ləyaqətlə yola salmaq üçün inəyində sonu çatır.

Bütün bu müddət ərzində siçan, ona heç bir aidiyyəti olmayan hadisələri sadəcə kənardan durub, divardakı xıra dəlik vasitəsi ilə müşahidə edirdi.

Hekayənin mahiyyəti: Əgər nəyinsə sizə bir başa aidiyyəti yoxdursa, düşünməyin ki, bu nəsə sizin başınızda çatlaya bilməz.

2. Qartal ağacda, oturub dincəlir və heç nə etmirdi.
Balaca dovşan qartalı görür və soruşur: -Olar ki, mən də Sizin kimi oturum və heç nə etməyim?”

-“Əlbəttə olar, niyə də yox”, – qartal cavab verir.

Dovşan ağacın altında oturub, dincəlməyə başlayır. Birdən haradansa tülkü çıxır və dovşanı tutub, yeyir.

Hekayənin mahiyyəti: oturub və heç nə etməmək üçün, Siz çox-çox hündür yerdə əyləşməlisiniz.

3. Fermada at xəstələnir.
Baytar:
– Əgər səhərə qədər ayağa qalxmasa, onu yatırtmaq lazımdır,

Səhər at ayağa qalxa bilmir. Yaxınlıqda isə qoyun var idi:

– Yaxşı, dur ayağa, yoxsa səni öldürəcək!

At güc tapıb, ayağa qalxır.

Fermer:
– Bu möcüzədir! Bunu qeyd etmək lazımdır! Bu münasibətlə qoyun ətindən kabab çəkmək olar!

Hekayənin mahiyyəti: Heç zaman sizə aid olmayan işə burun soxmayın (amma siçan və tələ ilə bağlı əhvalatı da yaddan çıxarmayın).

4. Üç nəfər daş hərlədirdi. Onların birindən soruşurlar: – Nə işlə məşğulsan?
O, alnın tərini silərək cavab verir ki, zülm çəkirəm.
İkinciyə yaxınlaşıb, eyni sualı ona da verirlər: Bəs, sən nə edirsən?
O, qollarını çırmalayaraq,işgüzar bir tərdə cavab verir: Pul qazanıram.
Bu dəfə üçüncüdən soruşurlar: Bəs, sən nə edirsən?
O göyə baxır və cavab verir: – Məbəd tikirəm.

Hekayənin mahiyyəti: Yalnız o insanın həyat məna ilə doludur ki, onun yüksək amalları (hədəfləri) olsun.

5. Taksi sürücüsü şəhərin məşhur milyarderini qeyd edilən ünvana aparır. Düşəndə müştəri sayğacda göstərilən qədər pul ödəyir. Sürücü isə dözməyib deyir ki, dünən sizin oğlunuzu aparmışdım, o mənə hələ 100 dollar əlavə verdi ki, “çay içərsən”.

– Axı niyə təəccüblənirsiniz, onun atası milyarderdir, mən isə yetiməm.

Hekayənin mahiyyəti: Yalnız o adam pulun qədrini bilir ki, pulunu özü qazanmış olsun.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2754
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 632
Xəbər sayı: 12
_pandam_
1 hekayeni oxuduqdan sonra 3cüyü oxuduqda, dedim ki indi neyneyek) Zidd fikirlerdi..) 1ci hekayeyi daha çox beyendim^^
4 avqust 2020 19:50
8
Şərh sayı: 4835
Xəbər sayı: 47
fiyonik
1 ve 5-cini çox beyendim. Derin menaları var. Altında menası yazılması ise lap yaxşı oldu. Marağlıydı. Teşekkürler
26 iyul 2020 18:48
7
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 6237
Xəbər sayı: 0
Cema_Axodova
4cü hekayə çox xoşuma gəldi
26 iyul 2020 08:50
6
p.s
Şərh sayı: 521
Xəbər sayı: 0
Fulin
Maraqlı və düşündürücü hekayələrdir)

Təşəkkür⭐
26 iyul 2020 00:37
5
'- Sıkılırsan güneşten,, gece oluruz erkenden ⭐
Şərh sayı: 2576
Xəbər sayı: 3
♡ES♡
Cox maragli oldu...ardi gelse yaxwi di.
26 iyul 2020 00:10
4
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
Şərh sayı: 80719
Xəbər sayı: 30
BARBI
1 ci hekayeden netice cixarilmalidir.Sene dexli yoxdursa bele o meseleye mudaxile etmek lazimdi
25 iyul 2020 23:17
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 217
Xəbər sayı: 0
♡iLK NUR♡
Maraqlı hekayələrdi.Təşəkkürlər
25 iyul 2020 21:29
2
Şərh sayı: 212
Xəbər sayı: 0
Selena.
Hekayenize görə sağ olun
25 iyul 2020 21:03
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri