Bir təbəssüm;-)

Müəllif: Diablo
Şərhlər: 6
Baxılıb: 6 847
Səs ver:
(səs: 3)
Bir təbəssüm yetər bizi bürüyən və bürüdükcə üzən, usandıran, məhv edən sıxıntılardan, bəlalardan, dərdlərdən uzaqlaşmağa. Bir təbəssüm yetər dünyanı qəmi, kədəri ilə bir kənara qoyub, xəyallar aləmində xoş gəzintilərə çıxmağa. Gözəl görüb, gözəl düşünməyə... Bir təbəssüm yetər “dünyəvi çirklərin” örtdüyü bir qəlbi işıqlandırmağa, sevgi, şəfqət, mərhəmət hisslərini oyandırmağa... Bir təbəssüm yetər bağlanmış ürəklərin kilidlərini sındırmağa, qəfəsdən pərvaz etmiş göyərçin tək onu “azadlığa” buraxmağa... Bir təbəssüm... Bir təbəssüm yetər, amma...

Amma bu gün iş, vəzifə, var, dövlət, şan, şöhrət və s. bu kimi düşüncələrlə qəlblərini əsir etmiş bəşərdən bir təbəssüm, bir xoş söz, səmimi rəftar almaq artıq bir yuxuya, əl çatmaz bir arzuya çevrilib. Artıq ətrafa yayılan “səmimiyyətin” arxasında “sui- istifadə”, “xoş sözün” arxasında “riyakarlıq”, “təbəssümün” arxasında isə saxtakarlıq gizlənmişdir. İnsanlar insan olduqlarını, insanlığı unutmuşlar. Sanki, bu adda məfhum tarixlər boyu mövcud olmamımşdır.

Bütün insani keyfiyyətlərini maddi zənginliklərə qurban vermiş bəşər öz məcrasından tamamilə çıxmış, insanlığın ən yüksək nöqtəsindən ən “alçaq” pilləsinə süqut etmişdir. Heyvanlarda belə mövcud olan vəfa, sədaqət duyğuları bəşər üçün yad kəlimələrə çevrilmişdir. Bütün bunlara göz yummaq, “çaqqalsız meşə olmaz” deməklə özümü aldatmaq istəsəmdə, bəşərin bu “tərs” özünə aldanmaq əlimdə deyil. Çünki, “çaqqalsız meşə olmaz” ifadəsi ilə təskinlik tapsamda, “çaqqalı çox olan meşədən də meşə olmaz” ifadəsi ilə ruhdan düşürəm.

Ruhdan düşürəm, amma ümidimi itirmirəm, itirmərəm! Bardağın dolu tərəfindən baxaraq, nadirdə olsa “səmimi” insanların, “könül” insanlarının varlığı ilə rahatlıq tapıram. Nadirdə olsa bu gün bir təbəssümlə belə dünyanı, dünyaları qurtarmaq istəyi ilə yaşayan insanlarla könlümüz fərəhlənir, ümidlənirik. O insanlar ki, “bir təbəssüm belə yetər” deyərək insanların, insanlığın qəlbinə yol taparlar. O insanlar ki, çöhrələrindən heç bir zaman təbəssüm əskik olmaz...
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 6 847
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri