Mənalı hekayələr - Qağayı və siçan #4

Müəllif: my_angel
Şərhlər: 2
Baxılıb: 2 917
Səs ver:
(səs: 0)
Bir Qağayı çimərliyin üstü ilə uçarkən qum üstündə bir Siçan görür. Qağayı ona doğru uçub yerə enir və Siçandan soruşur:
- Bəs sənin qanadların hanı?
Onların hər ikisi müxtəlif dillərdə danışdığına görə Siçan, Qağayının nə dediyini anlamır. Ancaq Siçan görür ki, onun qarşısında duran heyvanın bədənindən yanlara doğru iki böyük çıxıntı var. Öz-özünə deyir:
- Yazıq heyvan! Yəqin hansısa xəstəlikdən əziyyət çəkir.
Qağayı da görür ki, Siçan gözlərini onun qanadlarına zilləyib, o da öz-özünə pıçıldayır:
- Yazıq heyvan! Yəqin vəhşi heyvanlar ona hücüm edib qanadlarını qırıb , özünü də kar ediblər.
Bu kar, qanadı “talan edilmiş” heyvana yazığı gələn Qağayı Siçanı dimdiyinə alıb göylərə qaldırır. Göyün ənginliklərində uçan Qağayı düşünür ki, yazıq heyvan qanadı olduğu vaxtları xatırlayıb sevinəcək.
Siçanı dimdiyində göyə səyahətə aparan Qağayı sonda Siçanı gətirib götürdüyü yerə qoyur.
Qağayının dimdiyində Siçan göyə səyahət edib, yerə hündürlükdən baxmışdı.
Ancaq zaman keçdikcə o özünün Siçan olduğuna inandı, ona elə gəldi ki, həyatında baş vermiş o möcüzə sadəcə bir yuxuymuş...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 917
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri